Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycanda iş adamı həbs edildi

 

Beynəlxalq Bankdan iri məbləğlərdə kredit borcu olan oliqarxların işi üzrə həbslərin ikinci dalğası başlayıb

"Xeberinfo.com":   Virtualaz.org saytının əldə etdiyi məlumata görə, bir müddət ölkənin dərman bazarında əsas oyunçu hesab edilən “Riyad-Farm” MMC-in prezidenti Həsən Şərifov yenidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb və həbs olunub.
Onun barəsində ötən həftənin cümə günü Nərimanov Rayon Məhkəməsi tərəfindən 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhkəmədəki mənbələrdən məlum olub ki, iş adamına Cinayət Məcəlləsinin 178.2-ci (iri məbləğlərdə dələduzluq) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.
Xatırladaq ki, Həsən Şərifov və “Riyad-Farm”ın icraçı direktoru Aqil Quliyev Beynəlxalq Banka kredit borcu olan oliqarxların kütləvi həbsi kampaniyasında saxlanılıb. Daha sonra H.Şərifov banka borcun bir hissəsinin ödənilməsi şərti ilə sərbəst buraxılıb.
Lakin belə görünür ki, istintaqla anlaşma pozulub və iş adamı bu dəfə rəsmi ittihamla üzləşərək barəsində həbs qərarı çıxarılıb.
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, “Riyad-Farm”ın Beynəlxalq Bank qarşısında cəmi 24 milyon dollarlıq kredit öhdəlikləri var. Bu öhdəliklərə şirkətin Almaniyanın “Kommerzbank” bankından Azərbaycan Beynəlxalq Bankının zəmanəti ilə aldığı 14 milyon dollar kredit və Sahibkarlığa Kömək Milli Fondundan alınan 10 milyon dollar kredit daxildir.
Qeyd edək ki, Beynəlxalq Bank Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil bankı kimi “Riyad-Farm”a kredit ayırıb. Həmin kreditlərin ödənilməsi müddəti 2017-2019-cu illərdə bitir.
Xatırladaq ki, “Riyad-Farm” MMC hazırda faktiki olaraq müflis durumdadır, şirkətin 3300-ə yaxın apteki fəaliyyətini dayandırıb. Şirkət dərman bazarındakı mövqelərini itirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam