Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

“ÖLMƏK İSTƏYİRƏM, DÖZƏ BİLMİRƏM!” –Deputatdan qəribə açıqlamalar

Polis əməkdaşını döyməkdə təqsirləndirilərək həbs edilən deputat Eldəniz Səlimovu müdafiə etməklə gündəmə gələn deputat, Vəhdət Partiyasının sədri Tahir Kərimli növbəti qəribə açıqlamaları ilə diqqət çəkib.

Yenixeber.org: Xatırladaq ki, partiya sədri deputat həmkarının həbsini qanunsuz sayıb, onun əməlinin vəzifə səlahiyyətlərini aşması ilə heç bir əlaqəsinin olmadğını deyib. T.Kərimlinin çıxışında işlətdiyi "deputatın yiyəsi yoxdur" ifadəsinə Milli Məclis sədri Sahibə Qafarova sərt etiraz edib. Bildirib ki, Eldəniz Səlimovun polislə münaqişə zamanı işlətdiyi ifadələrin 10 dəqiqəlik səs yazısını otağında onu dinləməyə məcbur edəcək.

T.Kərimli “Reaksiya.tv”-yə müsahibəsində bildirib ki, o səs yazısını dinləməyib. Deputat sosial şəbəkələrdə və saytlarda barəsində təhqiramiz yazılar yazılmasından gileylənib. Daha sonra deputat həmkarına verilən ittihamdan danışıb: "Baş Prokurorluğunun deputat toxunulmazlığının ləğvi ilə bağlı parlamentə müraciətində Eldəniz Səlimova Cinayət Məcəlləsinin 309.2-ci maddəsi ilə ittiham verildiyi qeyd olunub. Milli Məclisin İntizam Komissiyasında da bu məsələyə toxunulmayıb. Amma Komissiyanın rəyində xəsarət yetirmək barədə qeydlər olub. Bütün mətbuatda da ancaq bu var ki, döyüb, söyüb, təhqir edib, xəsarət yetirib. Bu əməllərə görə vəzifə səlahiyyətlərini aşmaq ittihamı verilə bilməz. Deputat gecə kafedə olarkən hansı səlahiyyət həddini aşa bilər?”

Deputat media ilə yanaşı həmkarlarından da narazılığını bildirib: "Təsəvvür edin, bu çıxışımdan sonra ən yaxın dostum, deputat həmkarım məni övladının toyuna çağırmadı. Hətta mənimlə bir liftə minməyə qorxurlar".

T.Kərimli daha sonra heç nədən qorxmadığını ifadə edib: "Mən qorxmuram ki, övladıma nəsə eləsinlər... Məni də tutsunlar, nə olacaq ki?!"

Deputat, dövlət xətti ilə siyasi partiyalara ayrılan maliyyə yardımının azaldılmasından da şikayətlənib: "Bu il büdcəmizi 19 min manat kəsiblər. Məsələ qaldırdım, amma partiyalardan heç birinin dəstəyi olmadı, tək qaldım. Mən partiya büdcəsindən maaş almıram, amma bilirsiz, nə qədər adam dolanır bu vəsaitdən? 114 nəfərə maaş veririk, rayon şöbələrini saxlayırıq".

T.Kərimli daha dözə bilmədiyini, ancaq ölmək istədiyini vurğulayıb və çıxışını vaxtı ilə yazdığı şeirlə bitirib:

Qəlbimdə bir qəfəs tikdim,

Əqidəmi əsir edib,

sonra onu yenmək üçün.

Qəlbimdə bir qəbir qazdım,

əqidəmi gömmək üçün!

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam