Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"Əfqanıstandan təcavüz olarsa, Tacikistandakı bazamız hərəkətə gətiriləcək" -Şoyqu

Rusiyanın Tacikistandakı və Qırğızıstandakı hərbi bazaları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hüdudlarını Əfqanıstandan birbaşa təcavüz olacağı təqdirdə hərəkətə keçəcək.

Yenixeber.org: Bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Rusiya Elmlər Akademiyası Sibir şöbəsinin elmi ictimaiyyəti ilə görüşündə bəyan edib.

«Bizim Tacikistandakı bazamız kifayət qədər güclüdür. Əlbəttə, o, ehtiyac olacağı təqdirdə, birbaşa təcavüz olacağı təqdirdə KTMT-nın hüdudlarını qorumaq üçün hərəkətə gətiriləcək. Bu, Qırğızıstandakı bazamıza da aiddir. Orada da belə ehtiyac yarana bilər» - Əfqanıstanla bağlı sualları cavablandıran Şoyqu qeyd edib.

Nazir bildirib ki, KTMT-na üzv ölkələr öz miqyaslarına, müdafiə potensialına görə Rusiyaya bərabər ola bilməzlər və Əfqanıstan istiqamətində köməyə ehtiyac duyurlar, çünki söhbət son nəticədə Rusiyanın hərbi təhlükəsizliyindən gedir.

«Ona ümid edirik ki, «Taliban» hərəkatı ilə bağlanmış sazişlər yerinə yetiriləcək. Amma keçmişin və o biri ilin təcrübəsini nəzərə alsaq, buna inanmaq çətindir. Bununla məşğul olmaq lazımdır ki, belə vəziyyət bizim qarşımıza çıxmasın. Və burada bizim KTMT üzvlərini hər cür dəstəkləmək, onlara kömək etmək lazımdır» - Şoyqu bildirib.

Bu istqamətdə Rusiyanın maliyyə xərcləri barədə suala o, belə cavab verib: «Əgər pulla desək, o zaman belə məsələləri həll edərkən düşündüyümüz o pullar deyil».

Şoyqu əlavə edib ki, Moskva və Düşənbə Tacikistan ordusunun yenidən silahlandırılması üzrə birgə proqramı reallaşdırır, amma indi respulikada sərhəd qoşunlarının döyüş potensialının möhkəmləndirilməsi ehtiyacı yaranıb.

«Böyük proqramdır, 2040-cı ilə qədər hesablanıb. Amma indi əsaslı ehtiyac yaranıb - təkcə ordu ilə yox, həm də sərhədlə məşğul olmaq lazımdır» - Şoyqu deyib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam