Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

HESABLAMA PALATASI YAP-ın YERLİ TƏŞKİLATLARINI DA YOXLAYIR –Sədrlərin əksəriyyəti dəyişdirilib

Hesablama Palatası Yeni Azərbaycan Partiyasında (YAP) yoxlamaları davam etdirir. Artıq qurumun nümayəndələri rayon, şəhər təşkilatlarının maliyyə gəlirlərini və xərclərini araşdırmağa başlayıb.

Yenixeber.org: Siyasi dairələrdən sızdırılan məlumata görə, Palatanın əsas hədəfi təkcə hər il dövlət büdcəsindən partiyaya ayrılmış vəsaitin necə xərclənməsini araşdırmaq deyil, həm də yerli təşkilatların bütün gəlir-xərcləri təftiş etməkdir.

Xatırladaq ki, YAP-ın illik 12 milyon manatdan artıq olan büdcəsinin 2 milyon manata qədəri büdcə vəsaiti, qalan 10 milyonu isə üzvlük haqlarının toplanmasından formalaşır. Təşkilatdakı mövcud qaydalara görə, dövlətin ayırdığı vəsait yerli təşkilatlara verilmir, əksinə, rayon-şəhər şöbələri topladıqları üzvlük haqqının təxminən 25 faizini mərkəzi aparata verməlidirlər. Bu zaman ortaya sual çıxır: əgər yerli təşkilatlar dövlətin maliyyə vəsaitini xərcləməyiblərsə, Hesablama Palatası onları niyə yoxlayır?

 

 

Qeyd edək ki, Milli Məclisin alt qurumu olan Palata ancaq büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı maliyyə, auidit yoxlamaları həyata keçirir və ildə bir dəfə parlamentə hesabat verir. Eyni zamanda təşkilatın dövlət qurumlarında aşkara çıxardığı korrupsiya cinayətləri, maxinasiyalarla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermək hüququ var.

Bizə verilən məlumata görə, YAP-ın yerli təşkilatlarındakı bu qəfil yoxlama müəyyən narahatlıqlara yol açıb. Çünki bu yoxlamanın məqsədi məlum deyil. Narahatlıq isə onunla bağlıdır ki, heç vaxt audit, təftiş gözləməyən rayon təşkilatlarında üzvlük haqlarının, ianələrin toplanması və xərclənməsi tələb olunan standartlar çərçivəsində aparılmayıb. Partiyanın bəzi yerli təşkilatları üzvlük haqlarını, ianələri bank hesabına köçürmələr vasitəsi ilə alıb. Qalanları isə adi qaydada, aldığını və xərclədiyini nağd hesablaşmalar yolu ilə edib və maliyyə fəaliyyətini sənədləşdirməyib.

Məlumatda həmçinin bildirilir ki, yoxlamalarla bərabər hakim partiyada yeni nizamnaməyə uyğun olaraq struktur və kadr dəyişiklikləri də aparılır. Belə ki, bütün yerli təşkilatların sədrləri postlarından uzaqlaşdırılır, onların yerinə aparat rəhbərləri təyin edilir. Bu posta gətirilən şəxs sədri əvəz edir, mərkəzi aparatın işçisi olmaqla təyinat yolu ilə müəyyənləşir. Əvvəlki nizamnamədə yerli təşkilatların sədrlərinin konfransda rəqabətli şəraitdə səsvermə yolu ilə müəyyən olunması nəzərdə tutulsa da, son qurultayda bu qayda ləğv olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam