Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ermənistanda idarəetmə sistemi dəyişir: -Referendum və prezident seçkiləri planlaşdırılır

Ermənistanda idarəetmə sistemi dəyişir:  Referendum və prezident seçkiləri planlaşdırılır
Ötən ay Ermənistanda keçirilən qalmaqallı növbədənkənar parlament seçkilərindən sonra İrəvanda "suların durulacağı" gözlənilsə də, hələlik bu ölkədəki siyasi sistem qeyri-sabit qalmaqdadır.
Yenixeber.org: Yerli media baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın yenidən xalqın etimadını qazanaraq ölkəyə rəhbərlik etməsini onda özünəinam hissini artırdığını yazır. Təhlilçilər hətta Ermənistanın siyasi sistemində fundamental dəyişikliklərin olacağını da proqnozlaşdırırlar.

Məsələn, "Fakt" qəzeti xalqı seçkilərlə əlaqədar daha bir ciddi sınağın gözlədiyini iddia edib. Erməni nəşri bununla bağlı dərc olunan məqalədə xatırladıb ki, hələ ötən il Konstitusiyaya Dəyişikliklər üzrə Peşəkar Komissiyanın ilk iclası keçirilmişdi. Konstitusiya dəyişiklikləri konsepsiyasının 2020-ci ilin payızına qədər hazır olması və bundan sonra ictimai müzakirəyə çıxarılması düşünülürdü. Ancaq 44 günlük müharibə səbəbiylə komissiyanın işi dayandırıldı.

Məqalədə qeyd edilir ki, hazırda səlahiyyətlilər konstitusiya dəyişikliklərinə yenidən qayıtmaq niyyətindədir.



"Lakin bu dəfə söhbət tamam başqa bir yeniliklərin tətbiq olunmasından gedir. Hökumətdəki mənbələrimizin verdiyi məlumata görə, söhbət demək olar ki, yeni bir konstitusiyanın yazılmasından, dərin, köklü dəyişikliklərdən gedir. Xüsusilə bu dəyişikliklər hökumət modelinin yenilənməsinə aiddir, yəni yarıprezident idarəetmə sistemi ilə bağlıdır",-"Fakt" yazıb.

Yazıda həmçinin iddia olunur ki, bu günlərdə qeyri-rəsmi səviyyədə səlahiyyətlilərlə işləyən hüquqşünaslar məsələnin ətraflı araşdırılması ilə məşğuldur. Paşinyan bu ilin sonuna qədər konstitusiya referendumu keçirmək niyyətindədir. Lakin bu faktiki olaraq mümkün görünmür:

"Buna görə də hazırda referendumun 2022-ci ilin yazından gec olmayaraq keçirilməsinin mümkünlüyü müzakirə olunur. Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, hazırda səlahiyyətlilər arasında yarı prezidentliyə deyil, tam hüquqlu prezident idarəetmə modelinə keçməyə çağıranlar var. Əgər səlahiyyətlilər referendumu göstərilən müddətdə keçirməyi və konstitusiya dəyişikliklərini reallaşdırmağı bacarsalar, o zaman böyük ehtimalla gələn il ölkəmizdə yeni seçki marafonu baş tutacaq. Marafon bu dəfə prezident seçkiləri ilə bağlı olacaq".



Qeyd edək ki, ötən il İkinci Qarabağ müharibəsindən ağır məğlubiyyətlə çıxan Ermənistanda siyasi gərginlik pik həddə çatmışdı. Bu səbəbdən də baş nazir Nikol Paşinyan müxalif qüvvələrə növbədənkənar parlament seçkiləri keçirməyi təklif etmişdi. Mərkəzi Seçki Komissiyası iyunun 20-də baş tutan seçkilərin yekun nəticələrini açıqlayaraq Paşinyanın komandasının yenidən qələbə qazandığını elan etdi. Nəticələrə əsasən, Nikol Paşinyanın sədri olduğu Vətəndaş Müqaviləsi Partiyası 53,91 faiz, yəni 688 761 səs topladı. Sabiq prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,9 faiz, yəni 269 481 səs qazandı.

Paşinyan üçün əsas “başağrısı” isə idarəetmədə olan bir sıra çətinliklər və ona qarşı süni maneələrin yaranmasıdır. Məsələn, seçkilərdən öncə Nikol Paşinyan hərbi çevrilişə hazırlaşan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə dəfələrlə təklif versə də, bu mühüm sənəd prezident Armen Sarkiyan tərəfindən geri qaytarılmışdı. Görünür yeni sistemdə bu cür qarışıqlıq, ikitirəlik olmayacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam