Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

ABŞ Azərbaycanı və Ermənistanı nəyə çağırır?-ŞƏRH

Vaşinqton Cənubi Qafqazda Rusiyanın artan rolundan heç də narahat görünmür və azərbaycanlı-erməni gərginliklərinin çözümündə Moskva ilə rəqabət etmək fikrində deyil   

Yenixeber.org: Mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında iştirak və çıxış edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, nazir Azərbaycanın ATƏT-ə verdiyi önəmdən, bu qurumun əsas sənədlərində təsbit olunmuş prinsiplərə hörmət və onlara ciddi riayət edilməsinin əhəmiyyətindən danışıb. C. Bayramov son 28 il ərzində Ermənistanın münaqişənin həlli üzrə qeyri-konstruktiv yanaşma nümayiş etdirdiyini söyləyib.

“Nazir Ermənistanın hərbi təxribatlarına cavab olaraq ötən ilin 27 sentyabr tarixində Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-həmlə əməliyyatını qeyd edərək onun nəticəsində Azərbaycanın öz suverenliyi və ərazi bütövlüyünü bərpa etdiyini vurğuladı. 10 noyabr 2020-ci il, eləcə də 11 yanvar 2021-ci il tarixlərində Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatların icrasının əhəmiyyəti qeyd olundu”, – deyə məlumatda bildirilir. Açıqlamaya görə, C.Bayramov Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının mümkünlüyünə də toxunub:

“Çıxışında nazir münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiya proseslərinin əhəmiyyətini vurğuladı. Bu istiqamətdə Azərbaycanın ATƏT-in icraçı strukturları ilə əməkdaşlığa davam edəcəyi qeyd olundu. Münaqişənin həllinin regionda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni perspektivlər yaratdığı, ATƏT-in də bu proseslərə töhfə verə biləcəyi diqqətə çatdırıldı”.

İclasda ABŞ-ın ATƏT-dəki təmsilçisi Kortni Ostrian Ceyhun Bayramovun çıxışına reaksiya verib. Xanım Ostrian son vaxtlar Ermənistan-Azərbaycan sərhədində baş verənlərə istinadən deyib ki, yalnız bütün məsələləri əhatə edən hərtərəfli razılaşma barışığa, münasibətlərin normallaşmasına və xalqların birgə dinc yanaşı yaşamasına yol aça bilər: 

“Biz Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə mümkün qədər tez təmaslara başlamağa, onların təkliflərini nəzərdən keçirməyə və onlarla birlikdə hər iki tərəfin prioritetlərini əks etdirən strukturlu gündəlik barədə razılığa gəlməyə çağırırıq”.

Birləşmiş Ştatlar nümayəndəsi tərəfləri: 

– Əsirlərin və saxlananların qaytarılması ilə atəşkəsin möhkəmləndirilməsinə; 

– Münaqişə bölgəsinin minalardan effektiv təmizlənməsi üçün zəruri olan informasiya mübadiləsinə; 

– Beynəlxalq humanitar təşkilatların Dağlıq Qarabağa daxil olmasına şərait yaratmağa;

– Qızışdırıcı ritorikadan çəkinməyə; 

– İddia olunan insan haqları pozuntularını araşdırmağa, belə hərəkətlər üçün cavabdeh olanların tapılmasına dəvət edib. 

Səfir qeyd edib ki, mübahisəli ərazilərdə hərbi hərəkətlər lüzumsuz təxribatlara səbəb ola bilər: 

“Biz Azərbaycanı özünün bütün qüvvələrini geri çəkməyə və hər iki tərəfi dərhal ortaq beynəlxalq sərhədin demarkasiyası üçün danışıqlara başlamağa, heç bir ön şərt qoymadan və mümkün qədər tez Minsk Qrupu həmsədrlərinin egidası altında yüksək səviyyədə substantiv danışıqlara qayıtmağa çağırırıq”.

Təhlükəsizlik eksperti İlham İsmayıl nazir Ceyhin Bayramovun çıxışına ABŞ təmsilçsinin reaksiyasını şərh edərkən bildirdi ki, Kortni Ostrianın çıxışının mahiyyətində daha çox hər iki tərəfə – Azərbaycan və Ermənistana çağırış var. İrəli sürülən təkliflər də əsasən hər iki tərəfi sülh danışıqlarına çağırmaqdır. Ekspert hesab edir ki, yalnız bir məqamda deyilənlər Azərbaycana ünvanlanıb: 

“Onun Azərbaycanı özünün bütün qüvvələrini geri çəkməyə çağırması bizim üçün məqbul sayılmasa da, nəzərə alaq ki, ABŞ Dövlət Departamentinin sərhəddəki gərginliklə əlaqədar bizə ünvanladığı müraciət də eyni məzmunda idi. Biz iki həftədir dünya siyasi dairələrini inandıra bilməmişik ki, hərbçilərimiz heç kimin ərazisinə girməyib ki, oradan çıxsın. Əgər bir yanlışlıq varsa da, bu, demarkasiya tədbirləri zamanı məlum olacaq və əgər biz sərhədi pozmuşuqsa, geriyə – öz ərazimizə çəkiləcəyik”. 

İ.İsmayıl qeyd etdi ki, dövlət sərhədindəki gərginliyin Qarabağ məsələsinə birbaşa aidiyyəti yoxdur, bu səbəbdən Minsk Qrupunun prosesə cəlb olunması çağırışı sual doğurur: 

“Yeri gəlmişkən, bu fikri dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da dilə gətirib. Təəssüfləndirici hal odur ki, Azərbaycan əraziləri 28 il işğal altında qaldığı müddətdə ABŞ dövləti, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlar belə reaksiyalar bildirməyiblər. O zaman sual yaranır: nədən ABŞ başda olmaqla beynəlxalq aləm hazırda Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlayan Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisini tərk etməsini tələb etmirlər? Bizi sülh danışıqlarına dəvət edənlərdən sual etmək lazımdır ki, işğalçı qüvvələr Azərbaycan torpaqlarında qaldığı müddətdə hansı sülhdən söhbət gedə bilər? Tərəflərə ön şərt qoymadan substantiv danışıqlara başlamağı məsləhət görənlər bilməlidir ki, erməni silahlı birləşmələri Qarabağdan çıxarılmayınca, azərbaycanlı məcburi köçkünlər keçmiş Dağlıq Qarabağa qayıtmayınca, həmsədrlərin bayrağı altında danışıqlara başlamaq, məsələni onillərlə uzatmaq deməkdir. Biz 27 il bu cür nəticəsiz danışıqların şahidi olmuşuq”.

Sonda onu qeyd edək ki, ABŞ və Fransa 44 günlük Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq öz mövqelərini yenidən müəyyənləşdirməyə çalışırlar. Rusiya 10 noyabr 2020-ci il tarixli anlaşma ilə bir daha nümayiş etdirdi ki, bu bölgədə söz sahibi kimdir. Əslində qeyd etmək zəruridir ki, müharibədən əvvəlki dövrdə Vaşinqton və Paris sülh prosesində Moskvanın dominant rolunu qəbul etmişdilər və bu məsələdə onunla rəqabət aparmırdılar. Hazırkı dönəmdə də onların Cənubi Qafqazda Rusiyanın artan rolundan narahatlıq keçirdiklərini söyləmək üçün əlimizdə ciddi əsas yoxdur. Postsovet məkanında birmənalı avroatlantik inteqrasiya kursu seçmiş və buna görə Rusiyanın açıq hərbi təcavüzü ilə üzləşmiş Ukrayna ilə Gürcüstanın məsələsini indiyədək həll edə bilməyən və ya həll etmək istəməyən Qərbin keçmiş SSRİ coğrafiyasının digər regionlarında Moskva ilə nüfuz mücadiləsinə girişəcəyini gözləmək sadəlövhlük olar. Sadəcə olaraq, Qərb istəyir ki, Qarabağdakı kiçik erməni icmasının, eləcə də Ermənistan dövlətinin təhlükəsizliyinə hər hansı təhdid yaranmasın, azərbaycanlılar və ermənilər arasında dayanıqlı və təminatlı sülh əldə olunsun.(pressklub)  

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam