Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

CEYHUN BAYRAMOV LAVROVLA MƏTBUAT KONFRANSINDA: -"Diversantlar geri oturdulub, komandirləri isə əsir götürülüb”

“Əfsuslar olsun ki, Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları davam edir”.

Yenixeber.org: Bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskva şəhərində rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdən sonrakı mətbuat konfransı zamanı bildirib.

“Belə ki, avqustun 23-də səhər sübhdən Ermənistan ordusunun kəşfiyyat-diversiya qrupu Azərbaycan Silahlı Qüvvələrinin mövqeyinə hücum etməyə cəhd göstərib, onlar geri oturdulub, komandirləri isə əsir götürülüb”, – nazir qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın tutduğu mövqeyin beynəlxalq hüquq normaları və prinsiplərinə, habelə BMT Təhlükəsizlik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə söykəndiyi də diqqətə çatdırılıb.

“Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır. Substantiv danışıqların davam etməsi üçün beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana daha konstruktiv mövqe tutması istiqamətində təsir göstərməlidir”, – nazir vurğulayıb.

“Biz Qarabağ məsələsinə dair xeyli söhbət etdik. Birgə istəyimiz bu problemin həlli prosesini davam etdirməkdir”.

Bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirdiyi körüşdən sonra mətbuat konfransında dilə gətirib.

“Bu mənada sabit, dayanıqlı danışıqlar prosesinin bərqərar olması üçün zəruri ab-hava yaratmaq vacibdir. Danışıqlar sadəcə danışıq xətirinə yox, Qarabağ münaqişəsinin dinc yolla həll olunması naminə aparılmalıdır”, – Rusiya rəsmisi qeyd edib.

Həmçinin ATƏT-in Minsk qrupu həmsədrlərindən biri kimi Rusiyanın danışıqlar prosesini irəli aparmaq üçün lazımi şərait yaratmağa hər cür dəstək verəcəyi də bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam