Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Neftin artan qiyməti Böyük Qayıdışı sürətləndirə bilər –TƏHLİL

Neftin artan qiyməti Böyük Qayıdışı sürətləndirə bilər –    TƏHLİL
Dünya bazarlarında neftin 1 barrelinin qiyməti 70 ABŞ dollarına yaxınlaşır. Qiymətlərdə yüksəliş keçən ilin noyabr ayından müşahidə edilir. Həmin vaxta qədər isə qiymətlər təxminən aşağı-yuxarı 40 dollar ətrafında idi. Belə qısa müddət ərzində qiymətlərin bu səviyyəyədək qalxacağı gözlənilməz yüksəlişdir. Ancaq bir az araşdıranda bəlli olur ki, əslində, gözlənilməz heç nə baş verməyib.
Yenixeber.org: Əvvəla, pandemiya səngiyir. Vaksinasiya prosesinin getdikcə daha geniş vüsət alması fonunda bazarlarda ab-havanın tədricən bərpa olunması təbiidir.

İkincisi, nəticədə inkişaf etmiş ölkələrin iqtisadiyyatları da bərpa istəyi nümayiş etdirir. Bunda sözügedən ölkələrin mərkəzi banklarının monetar stimullaşdırma siyasəti əlavə olaraq, təkanverici rol oynayır. Üstəlik, qış da çox sərt keçir. Xüsusən də, inkişaf emiş ölkələrdə. Birləşmiş Ştatlarda güclü soyuqlar azmış kimi, son vaxtlar hasilat da azalmaqdadır.

Digər səbəblər də var. OPEC+ ölkələrinin hasilatı gündəlik 7 milyon barreldən aşağı səviyyədə saxlamaları, adı çəkilən qurumun əsas üzvlərindən olan Səudiyyə Ərəbistanının isə öz tərəfindən buna əlavə olaraq gündəlik 1 milyon barrel də qatması, yəni hasilatdan imtina etməsi az əhəmiyyət daşımır.

Ancaq neftin dünya bazar qiymətlərinin birdən-birə 20 dollardan çox yüksəlişi əsas etibarilə heç də bunlarla əlaqədar deyil.

Neçə illərdir ki, neft sənayesinə qoyulan kapitalın həcmi ardıcıl şəkildə aşağı düşməkdədir. Çoxları bu faktı nəzərə almır. Ancaq qeyd edim ki, əgər, pandemiyaya qədər olan dövrdəki hasilat tam bərpa olunsa belə, formalaşacaq təklif tələbatı ödəməyəcək. Çünki bir müddət qiymətlərin aşağı olması, iri hasilatçı ölkələrin və şirkətlərin özlərində yaranan problemlər, daha sonra da dünya iqtisadiyyatını bürüyən pandemiya ucbatından qlobal miqyasda hasilata yönələn investisiyalar azalıb. Alternativ enerji mənbələrinə yatırılan sərmayələr üzrə "yarışma" da buna ciddi təsir göstərdi: Guya, neft dövrü artıq, bitir.

Neft dövrü isə hələ başa çatmayıb və çata da bilməz. Yaşıl enerji-filan əsla bu onilliyin məsələsi deyil. 2030-cu ilin sonunadək qlobal iqtisadiyyatda əsas güc və aparıcı mənbə rolunda yenə də neft amili qalacaq və onun qiyməti hələ uzun müddət müzakirə və diqqət mərkəzində olacaq.

Sözüm bunda deyil. OPEC+ ölkələrinin martın 3-4-də növbəti görüşü olacaq. Üstəlik, Səudiyyə Ərəbistanı yəqin, hasilata qoyduğu məhdudiyyəti aradan qaldıracaq. Yəni, qiymət yüksəlişi dayanacaq. Amma geriyə doğru dinamika da nümayiş olunmayacaq. Hazırda Azərbaycan kimi ölkələr real vəziyyətdən səmərəli istifadə etməlidir. Xatırladım ki, keçən ilin aprel ayında neftin qiyməti bir ara 20 dollaradək enmişdi. Bu qiymət səviyyəsi çox yox, ilin ikinci yarısınadək davam etsəydi, ən azı valyuta bazarımız bunun neqativ təsirini özündə dərhal büruzə verəcəkdi.

Yeri gəlmişkən, cari ilin dövlət büdcəmizdə neftin proqnoz qiyməti 40 ABŞ dollarından hesablanıb. Bu isə o deməkdir ki, ölkəmiz hazırda satdığı neftdən artıq gəlir götürür. Büdcə gəlirlərimizin xeyli dərəcədə neftdən asılı olduğu bəlli məsələdir. Hazırda azad edilmiş torpaqlarımızda bərpa və yenidənqurma işləri üçün ilkin olaraq 2 milyard manatdan çox vəsait ayrılıb. Təbii ki, bunun mənbəyini əsasən neft pulları təşkil edir. Odur ki, neftdən gələn gəlirlər nə qədər çox olsa, qarşıdakı vəzifələrin daha geniş miqyasda və qısa müddətdə yerinə yetirilməsinə şərait yaradacaq.

Nəzərə almalıyıq ki, həmin ərazilərdə məqsədə nə qədər tez çatılarsa, qeyri-neft sektorumuzun inkişafına və genişlənməsinə bir o qədər artıq töhfə verəcək. Ümumiyyətlə, həmişə qeyd etmişəm və yenə qeyd edirəm ki, neftdən asılılıq müddətimiz bitməyincə, dünya bazarlarında qiymət səviyyəsi sonadək "üzümüzə gülsə" yaxşıdır. Ancaq bundan maksimum effektli bəhrələnmək lazımdır. Çünki qeyri-neft sektorunun inkişafı uzunmüddətli məsələdir.

Sonda bir məqama da toxunum. Azərbaycan iqtisadiyyatının inkişafı bundan sonra manat-dollar münasibətinin necəliyindən asılı olmamalı, ölkə iqtisadiyyatı özü-özünü tənzimləməlidir. Başqa sözlə desəm, gərək əhalinin gəlirləri artsın, iş yerlərinin sayının çoxalması fasiləsiz xarakter daşısın, ölkədə əsas diqqət il ərzində nə qədər yeni daimi iş yerlərinin açılması və bundan istifadə imkanları üzərində cəmləşsin. Bundan sonrakı inkişaf konsepsiyamızın məğzi məhz bundan ibarət olmalıdır.



Pərviz Heydərov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam