Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrəvanda doğrudanmı qiyam baş verir? –Kuznetsov

İrəvanda baş verənlərdə hərbi çevrilişin bütün əlamətləri var, amma əslində hər şey daha qəlizdir.

Yenixeber.org: Bu sözləri açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov deyib.

“Ermənilərin tarixində hərbçilərin mülki idarəyə qarşı üsyan qaldırdığı bircə hadisə belə yoxdur. Eyni zamanda, ordunun öz xalqına qarşı hakimiyyətdə olmasına dair bir çox nümunə var. Generallar siyasətə oynamaq deyil, həqiqətən hakimiyyətə gəlmək istəsəydilər, düşünürəm ki, o zaman Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisi öz ətrafında 30-50 qətiyyətli zabit toplaya bilərdi. Onlar hər hansı küçədə Baş nazirin kortecini ələ keçirib mühafizəçilərini tərki-silah edə və ya vura bilərdi. Paşinyanın özünü isə ölkədə hakimiyyətin mülki administrasiyadan hərbiyə keçməsinin müəyyən müddətə legitimləşdirilməsini təmin etmək üçün ya aradan qaldıra, ya da girov götürə bilərdilər”, – deyə ekspert qeyd edib.

Qeyd edək ki, Nikol Paşinyanın “İsgəndər” sistemi ilə bağlı açıqlamasını qeyri-ciddi sayan Baş Qərargah rəisinin müavini Xaçatryanı ötən gün vəzifədən azad etməsi əks-reaksiya doğurub. Baş Qərargah rəisi və 40 yaxın yüksək çinli zabit bu gün bəyanat yayaraq, Nikol Paşinyanın istefasını tələb edib.

Nikol Paşinyan isə bunu hərbi qiyam cəhdi kimi qiymətləndirərək, Baş Qərargah rəisi və müavinlərinin vəzifədən azad edilməsi üçün təqdimatı prezidentə göndərib, ardınca isə 16:00-a Respublika meydanına mitinq təyin edərək, xalqı hakimiyyəti müdafiə etməyə çağırıb.

Müxalifət isə Baş Qərargaha dəstək verib və 15:00-a Azadlıq meydanında mitinq keçirib.

Hazırda hər iki mitinq başa çatıb: Paşinyanın tərəfdarları ilə birgə İrəvan küçələrində yürüşü başlayıb, müxalifət isə parlamentin önünə doğru yürüş edir.

Bu gün 18:00-da parlamentin növbədənkənar toplantısı keçiriləcək.

Müxalifət Azadlıq meydanında oturaq aksiyaya başlayacağını da bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam