Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyan yürüşə qatıldı: “Mən heç yerə getmirəm və getməyəcəyəm” - VİDEO

 

           Baş nazir çevriliş cəhdinin idarəedilən olduğunu deyib

Yenixeber.org: Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfdarları İrəvanda yürüş keçirməyə başlayıblar. Erməni mediası bildirir ki, mitinq-yürüşdə Paşinyanın özü də iştirak edir. Baş nazir səsgücləndirici ilə tərəfdarlarını və əhalini saat 16.00-da Respublika meydanına toplaşmağa çağırıb.

Paşinyan qeyd edib ki, polis meydanda keçiriləcək mitinqdə vətəndaşların təhlükəsizliyini təmin edəcək: “Vacib olan odur ki, biz hamımız sakitik, ölkədə bizim düşmənimiz yoxdur. Bu, ən vacib faktordur. Lakin müzakirə olunmalı bəzi məsələlər var, ona görə də insanlar Respublika meydanına gəlməlidirlər”.

Yürüş zamanı kənardan səslənən “Ermənistan Silahlı Qüvvələri kimə tabedir” sualına N. Paşinyan “Xalqa və Baş nazirə, başqa variant yoxdur”, - deyə cavab verib. 

O, çevriliş cəhdinin idarəedilən olduğunu deyib.

Paşinyan ölkəni tərk etməyəcəyini də bildirib: “Mənim ölkəmizi tərk etməyimə dair yayılan xəbərlər informasiya terrorudur. Mən heç yerə getmirəm və getməyəcəyəm. Ailəm də buradadır".

 

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. Sosial şəbəkələrdə isə Paşinyanın ölkəni tərk etdiyi haqqında informasiyalar yayılıb.

 

Bu arada, Ermənistanın sabiq Prezidenti Robert Köçəryan erməni xalqına müraciət edib. O, xalqı ordunun Baş Qərargahının Baş nazir Paşinyanın istefaya getməsinə dair tələbini dəstəkləməyə çağırıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam