Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiyalı ekspert: "Nikol Paşinyanın bəyanatı danışıqları sıfırlamaq deməkdir"

“Nikol Paşinyanın bəyanatı siyasi təxribatdır və Ermənistan baş nazirinin Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq normaları çərçivəsində həll etmək fikrində olmadığına dəlalətdir”.

Yenixeber.org: Bunu Rusiya bürosuna eksklüziv müsahibəsində Rusiyanın tanınmış hərbi eksperti Yuri Korotçenko Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndinə gəlməsini və hədələyici çıxışını şərh edərkən bildirib.

“Əslinə qalsa, Paşinyanın “Qarabağ Ermənistandır” sözləri Azərbaycanın əzəli torpaqlarını ilhaq edib qamarlamaq cəhdindən xəbər verir. Burada beynəlxalq hüquq normalarını vecinə almayan işğalçı niyyət qarşımıza çıxır. Bu cür siyasət qəbuledilməzdir, beynəlxalq birlik belə mövqe ilə əsla razılaşa bilməz”, – rusiyalı ekspert deyib.

O, N.Paşinyanın bu bəyanatla danışıqlar prosesini tamamilə pozduğunu söyləyib.

“Bu, Ermənistan tərəfindən danışıqları sıfırlamaq deməkdir. Vəziyyət kökündən dəyişir. Açıq-aşkar şəkildə işğal etdikləri torpaqları Ermənistana birləşdirməyə hazır olduqlarını bəyan edir. Yəni əvvəlki dövr ərzində görülən bütün işləri puç edirlər. Belə davranışlar Paşinyanın və bütövlükdə Ermənistan hökumətinin naşılığını ortaya qoyur”, – hərbi ekspert vurğulayıb.

Y.Korotçenko fikrini belə tamamlayıb: “İşğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağ münaqişəsini beynəlxalq hüquq, BMT-nin qətnamələri çərçivəsində həll etmək fikrində deyil. Bu, xəbis niyyətlərini büruzə verən təcavüzkarın mövqeyidir. Paşinyanın bəyanatı məhz bu cür dəyərləndirilməlidir”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam