Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün -faktlar toplanır

Paşinyanın məsuliyyətə cəlb edilməsi üçün faktlar toplanır
27 sentyabr tarixindən bu günə qədər Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini, mülki obyektləri mütəmadi olaraq artilleriya atəşinə tutur. Məsəd davamlı şəkildə bilərəkdən mülki əhalinin öldürülməsidir. Bütün bunlar Ermənistan silahlı qüvvələri və Ermənistan rəhbərliyinin qərarı ilə edilir.
Yenixeber.org: Bunu açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib. Onun sözlərinə görə, Azərbaycan ərazisinə, mülki əhaliyə atılan raketlər beynəlxalq hümanitar normalara qarşıdır.

“Düşmənin artilleriya atəşi nəticəsində bu günə qədər 10 uşaq öldürülüb. Onlardan 9-u Azərbaycan vətəndaşı, 1- uşaq isə Rusiya Federasiyasının vətəndaşıdır. Həmçinin 18 qadın öldürülüb. Ümumiyyətlə isə 65 nəfər mülki əhali qətlə yetirilib. Azəbaycanın ikinci ən böyük şəhəri Gəncənin, eləcədə Mingəçevir və digər rayonların raket atəşinə məruz qalması Ermənistan silahlı qüvvələri və Ermənistan rəhbərliyinin insanlığa qarşı etdiyi hərbi cinayətlərdir. Bu günlərdə Ermənistan silahlı qüvvələri 15 yaşdan böyüklərin “könüllü” hərbiyə cəlb edilməsini elan edib. Amma yaydıqları videgörüntü və şəkillərdə uşaqların əlinə silah verildiyi görsənir.

Beləliklə, Ermənistanda Uşaq Hüquqları haqqında Konvensiyanı, onun fakültətiv protokolunu pozan qərarlar verilir. Ermənistan qoşulduğu konvension normalara özü riayət etmir və birbaşa ona qarşı çıxır”.

Komitə rəsmisi qeyd edib ki, Gəncənin artilleriya atəşinə məruz qalması nəticəsində uşaqların, o cümlədən Rusiya vətəndaşı Artur Mayakovun öldürülməsi, eyni zamanda qondarma Dağlıq Qarabağda uşaqların milliyətindən, dinindən asılı olmayaraq münaqişəyə cəlb edilməsi yolverilməzdir və bütün normalara qarşıdır.

“Bununla bağlı bütün dəlillər və faktları yığılır ki, həmin qərarı verən Ermənistan höküməti və silahlı qüvvələrin rəhbərliyi məsuliyyətə cəlb edilsin. Bunlar Paşinyan, Tonayan və digər şəxslərdir, hansı ki şəhərləri, mülki əhalini bombalamaqla və uşaqları hərbiyə cəlb etməklə məsuliyyət daşıyırlar”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam