Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Üç qardaş ölkə yeni hədəflərə doğru irəliləyir - ŞƏRH

Yanvarın 13-də İslamabadda Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi, Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında üçtərəfli görüş keçirilib. Bir sıra aktual məsələlərin müzakirə olunduğu görüşün yekunlarına dair bəyannamə imzalanıb.
Yenixeber.org: Bəyannamədə üç ölkə arasında mövcud olan qardaşlıq, tarixi və mədəni bağlara, qarşılıqlı hörmət və etimada əsaslanan səmimi əlaqələr vurğulanıb. Həmçinin siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə 30 noyabr 2017-ci il tarixində Bakıda keçirilmiş ilk üçtərəfli görüşün nəticəsində qurulmuş əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinin vacibliyi ifadə olunub.

Türkiyə, Azərbaycan və Pakistan əlaqələrinin güclənməsini saytımıza şərh edən politoloq Sahil İskəndərov deyib ki, XİN rəhbərlərinin görüşü fonunda təmasların bundan sonra üçtərəfli formatda daha da genişlənəcəyi gözlənilir. O, son zamanlar bu iki ölkənin Azərbaycana daha çox dəstək olmasını tarixi hadisə kimi qiymətləndirib:



“Təsadüfi deyildi ki, Prezident İlham Əliyev həm Vətən müharibəsi dövründə, həm də ondan sonrakı çıxışlarında bir sıra dövlətlərin mövqelərinə münasibət bildirərkən bizim dost və düşmənimizin kimlərdən ibarət olduğunu vurğulayırdı. Sözsüz ki, bundan sonra ilk növbədə məhz biz haqq işimizə dəstək vermiş dost ölkələrlə əlaqələri daha da dərinləşdirəcək və möhkəmləndirəcəyik. Xüsusilə də, işğaldan azad olunmuş ərazilərimizin bərpasında həmin ölkələrin şirkətləri ilə əməkdaşlığa üstünlük veriləcək. Bu konteksdə bizim üçün hələ istər Vətən müharibəsi dövründə, istərsə də ondan xeyli əvvəlki dönəmlərdə qardaşlıq nümunəsi göstərmiş Türkiyə və daim haqq səsimizə konkret addımlarıyla dəstək verən Pakistanın münasibəti xüsusi vurğulanmalıdır.

Son vaxtlar üç ölkə arasında əməkdaşlığın genişlənməsi, xüsusən də XİN rəhbərlərinin aktiv görüşlərinin keçirilməsi, Azərbaycan-Türkiyə-Pakistan üçbucağının yaranması heç də təsadüfi deyil. Yeri gəlmişkən, məhz Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərin məhz Türkiyə ilə Pakistanın olması təsadüfi sayılmamalıdır. Türkiyənin bizə münasibəti, problemlərimizə olan mövqeyi ilə bağlı hər şey daim ortada olub. Bizim bu qardaş ölkə baxımından sözügedən mövzuda deməyə elə bir yeni sözümüz yoxdur. Hərbi əməliyyatlar zamanı Türkiyənin Azərbaycana mənəvi, siyasi dəstək verməsi, xüsusilə də uğurlu hərbi əməliyyatlarımızda türk PUA-larının böyük əhəmiyyət kəsb etməsi artıq hər şeyi deyir. O ki qaldı Pakistana, bu ölkə də uzun illər ərzində Azərbaycana açıq siyasi dəstək verən nadir dövlətlərdən olub”.

Politoloqun fikrincə, rəsmi İslamabad bütün beynəlxalq təşkilatlardan tutmuş, ikitərəfli münasibətlərə qədər daim Bakının problemlərini öndə tutub, bizə dəyər verən qardaş ölkə olduğunu dəfələrlə sübut edib. Müharibədən əvvəl də daim ərazi bütövlüyümüzü qəti şəkildə dəstəklədiklərini və sonadək dəstək olacaqlarını bəyan ediblər:

“Burada söhbət yalnız İslam faktorundan getmir. Bəzi dövlətlər, Azərbaycanın uğurlarını və iki qardaş ölkə arasında olan əməkdaşlığın dərinləşməsini qəbul etməyən qüvvələr çalışırlar ki, bunu islam həmrəyliyi kimi qələmə versinlər. Halbuki, bunun o qədər də məntiqli yanaşma olmadığını gözəl anlayırıq. Çünki bəzi İslam ölkələri var ki, heç də Azərbaycanın haqq işində özünü məhz İslam həmrəyliyi kontekstində göstərmirdilər.

Niyə görə Pakistan Azərbaycan və Türkiyə ilə münasibətlərin dərinləşməsində daha çox maraqlıdır? Çünki bildiyiniz kimi Pakistanın özü də, əslində elə Qərbin regionda apardığı oyunlar nəticəsində bir növ terrorun tüğyan etdiyi ölkəyə çevrilib. Halbuki, Pakistanın taleyi, aqibəti bu cür olmamalı idi. Ona görə də, bu qardaş ölkə terrorçuluq fəaliyyətindən ciddi şəkildə əziyyət çəkən dövlətlərdəndir. Bu baxımdan 30 il idi ki, erməni terroru ilə üz-üzə qalmış Azərbaycanla sıx əməkdaşlıq Pakistan üçün maraqlı idi. Yəni terrorla mübarizə kontekstində əlaqələrə xüsusi önəm verilirdi. Onu da nəzərə almalıyıq ki, Ermənistanda, elə işğal altında saxlanmış Azərbaycan ərazilərində də zaman-zaman PKK terrorçularının mərkəzləri formalaşdırılıb. Üç dövlətin bir antiterror koalisiyası kontekstində əməkdaşlığı sıxlaşırdı. İndi də əməkdaşlıq genişlənir”.

Sahil İskəndərov vurğulayıb ki, bu üç ölkənin hərbi-texniki sahədə əməkdaşlığı böyük perspektivlər vəd edir. Pakistan bu müstəvidə konkret olaraq böyük potensiala malikdir. Bu ölkə dəfələrlə Azərbaycanla hərbi əməkdaşlığa meylliyini nümayiş etdirib:

“Bir mühüm və diqqət çəkən məqamı da nəzərdən qaçırmayaq ki, Pakistan İslam dünyasında nüvə silahına malik olan yeganə ölkədir. Düzdür, bunun reallaşması çoxdanın söhbətidir, amma faktiki olaraq hazırda qeyri-rəsmi nüvə klubunun üzvüdür. Yəni bu baxımdan da, üçlük bir-birinin gücünə güc qatır. Pakistanda separatçılığa meyllənmələr mövcuddur. Bu istiqamətdə Azərbaycanla Türkiyənin təcrübəsi Pakistana kömək ola bilər. O ki qaldı iqtisadi baxımdan perspektivlərə, Azərbaycan regionda iqtisadi əməkdaşlıq baxımından ən cəlbedici dövlət statusunu çoxdan qazanıb. Bu üçbucaqda hələ çox böyük potensiala malik olan, işə salınmamış iqtisadi məqamlar var. Düşünürəm ki, üçtərəfli əməkdaşlığın məntiqi sonu kimi həmin məqamlar iqtisadi sıçrayış formasında özünü göstərəcək. Amma ilk növbədə bu formatda hərbi-texniki sahədə böyük perspektivlərdən yararlanacaqlar. İqtisadi məsələlər sonrakı dönəmdə prioritet olacaq. Hərbi-texniki əməkdaşlıq, iqtisadi əlaqələrin dərinləşməsi və antiterror-separatçı meyllərə qarşı birgə mübarizə müstəvisində hər üç dövlətin hələ ki, istifadə olunmamış böyük potensialı var”.(azvision)
Tural Tağıyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam