Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

XİN -Ceyhun Bayramovun pakistanlı həmkarı ilə görüşünə dair məlumat yayıb

XİN Ceyhun Bayramovun pakistanlı həmkarı ilə görüşünə dair məlumat yayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistanın xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi ilə görüşüb.

Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramovun Pakistana rəsmi səfəri çərçivəsində bir araya gələn nazirlər Azərbaycanı işğal edilmiş ərazilərinin azad olunması münasibətilə təbriklərini ifadə edən Pakistan naziri ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinin hər zaman dəstəklədiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu və Vətən müharibəsi dövründə Pakistan tərəfindən bütün səviyyələrdə, xüsusilə də Pakistan xalqı tərəfindən nümayiş etdirilən birmənalı dəstəyi məmnunluqla qeyd edib.

İki ölkə arasında mövcud olan tarixi və mədəni əlaqələri vurğulayan tərəflər, inkişaf etməkdə olan əməkdaşlıq münasibətləri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində sərgilənən qarşılıqlı dəstək məsələlərini müzakirə etdilər.

Azərbaycan və Pakistan arasında yüksək səviyyəli səfər mübadilələrinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyi bildirildi.

Görüş zamanı, həmçinin ölkələr arasında ticarət, iqtisadi, kənd təsərrüfatı, enerji, nəqliyyat, turizm və digər kimi sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı. İnsanlararası əlaqələr, habelə təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edildi, ADA Universiteti ilə Pakistanın Xarici Xidmət Akademiyası arasında münasibətlərin inkişaf etdirilməsi vurğulandı.

Tərəflər görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Görüşdən sonra nazirlər "Azərbaycan Respublikası Höküməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında saziş" imzaladılar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam