Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistan yasdan çıxa bilmir -məğlub ölkə son şansına da təpik atır

 İrəvandan “atı arabanın arxasına” bağlamaq təklifləri - Manukyanın “sehrli çubuğu” var? erməni iqtisadçısı: “Türkiyə və Azərbaycan erməniləri türkləşdirmək istəyir...”

Yenixeber.org: Haqq etdiyi kapitulyasiyaya tuş gələn Ermənistan və cəmiyyəti qəm dəryasına qərq olub. O dərəcədə ki, ona yalnız fayda gətirəcək təkliflər belə, dərhal süngü ucunda qarşılanır, edilən təkliflərdə hansısa məkrli məqsədlər axtarılır. Zaman isə əsla məğlub tərəfin xeyrinə işləmir. 

*****

Beynəlxalq məsələlər üzrə rusiyalı ekspert Aleksey Fenenkoya görə, Ermənistanda çoxları üçün münaqişə hələ bitməyib.

Bu haqda o, “Moskva-Baku” virtual körpüsünə danışarkən deyib.

“Ancaq buna baxmayaraq, 11 yanvar görüşü mühümdür. Bu, Putinin prosesi başlı-başına buraxmaq istəmədiyini göstərir, çünki o, yaxşı başa düşür ki, nəsə yanlış getsə, ABŞ bundan dərhal yararlanacaq - ya özü, ya da Fransa vasitəsilə”, - ekspert qeyd edib.

Analitik sülh prosesinin üç aydır davam etməsinə rəğmən, Ermənistanda Vazgen Manukyan kimi radikalların onu pozmaq cəhdlərinin davam etdiyini xatırladıb: “Hələlik ”müharibə partiyası", “revanş partiyası” İrəvanda hakimiyyətinə gəlməyib. Lakin o çox güclüdür. Və bu “partiya” deyəndə ki, müharibəni yalnız ona görə uduzduq ki, Paşinyan Ermənistan ordusunu Qarabağa kömək üçün göndərmədi, bunu xalq eşidir. Paşinyan indi psixoloji tələdədir. Son 2,5 il ərzində Nikol o qədər qəzəbli, barışmaz xarakterli açıqlamalar verdi, sonadək getməyə hazır olduğunu, bir qarış torpaq belə qaytarmayacağını o qədər söylədi ki... Amma yekunda torpağı verməli oldu. Erməni cəmiyyətində onsuz da millətçilik dərinə işləmişdi, Paşinyan onu bir az da qızışdırdı və indi o, “məxməri inqilab” liderinin özünü kənara tullamağa hazırdır".

Opposition Parties Choose Vazgen Manukyan as Prime Minister Candidate |  Asbarez.com

Vazgen Manukyan

 

Politoloq erməni cəmiyyətinin hərbi məğlubiyyətdən şok keçirdiyinə diqqət çəkərək deyib: “Orada intiqam almağa ümid edən qüvvələr var və əlbəttə ki, Paşinyanı qovmağa və yerinə daha radikal birini qoymağa çalışacaqlar. Revanşın mümkün olmadığını anlamaq üçün isə bir az vaxt lazımdır. Qarabağda sülhün perspektivi İrəvanda kimin hakimiyyətə gəlməsindən asılı olacaq. Bu, indi həm Bakı, həm də Moskva üçün vacib olan əsas məsələdir. Aydındır ki, geri qayıtmaq, intiqam yanğısı Ermənistana və onun inkişafına yaxşı bir şey gətirməyəcək. Bu, geriyə doğru çox ciddi addım olardı”, - deyə o əlavə edib.

*****

Öz növbəsində tanınmış rusiyalı iqtisadçı, “İzbor Klub”un daimi üzvü Mixail Xazin hesab edir ki, Azərbaycan bölgəni özü inkişaf etdirməli olacaq: “Rusiya orada indi yalnız sülhməramlı missiyanın tərkib hissəsi olaraq müharibənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur. Bölgəyə qayğı, şübhəsiz ki, Azərbaycan hakimiyyətinin üzərinə düşür. Əmin ola bilərsiniz ki, Rusiya Qarabağda yerli özünüidarəetmə ilə məşğul olmayacaq”.

Bu barədə o, “Vestnik Kavkaza” saytına açıqlamasında söyləyib.

“Hazırda Rusiya orada yalnız iki funksiyanı yerinə yetirir: yeni müharibə olmasın (müharibədə maraqlı olan bir çox üçüncü qüvvələr mövcuddur) və keçmiş cəbhə bölgəsi yaşayış bölgəsinə çevrilsin, yəni ilk növbədə ərazi minalardan təmizlənsin və təhlükəsizlik təmiz olunsun. Bölgələrin inkişafı - infrastrukturun qurulması və digər humanitar aspektlər isə əlbəttə ki, ərazinin mənsub olduğu ölkənin, yəni Azərbaycanın işidir” - iqtisadçı vurğulayıb.

İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başa çatıb |  Report.az

“Vladimir Putin və İlham Əliyevin Nikol Paşinyana çiyin verməyə çalışdıqları göz qabağındadır. Ona görə ki, onlardan ötrü Qarabağla bağlı üçtərəfli bəyanatın həyata keçməsi vacibdir. Gələcəyə baxdıqda bəyanatın həyata keçməsi Ermənistanın özünün inkişafı üçün də faydalı olardı”.

Bunu isə Moskvadakı Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“İki lider artıq Ermənistana kömək əlini uzadıb. Onlar Ermənistanın özünün pozitiv inkişafı üçün bir platforma hazırlayır. Ancaq erməni xalqı buna hazır deyil. O, məğlubiyyəti və ola bilsin ki, həm də Dağlıq Qarabağın tamamilə itiriləcəyini başa düşərək dərin kədər içindədir. Düşünürəm ki, gələcəkdə Ermənistan, hər halda, birgə layihələrə qoşulacaq, amma əvvəlcə kədərin bütün mərhələlərini  - inkar, qəzəb, depressiya, qəbul mərhələlərini keçməklə”, - Markov fikrini tamamlayıb.

*****

Ermənistanda isə Bakı, Ankara və Moskvanın İrəvana etdikləri bütün xoşməramlı təkliflər dərhal şübhə altına alınmaqda, hətta bütün bunların Ermənistanın məhvinə aparan bir planın tərkib hissəsi olması haqda uzaqgedən nəticələr çıxarılmaqdadır. Halbuki bu dəqiqə məğlub ölkə onsuz da böhranın dibindədir və oradan çıxmaq üçün ona uzadılan istənilən əli sıxmalıdır. Təəssüf ki, bu vəziyyətin cəmiyyət və siyasi elita olaraq tam dərkinə hələ var.

ARMENPRESS Armenian News Agency

Tadevos Avetisyan

 

Məsələn, erməni iqtisadçısı Tadevos Avetisyana görə, bölgədəki iqtisadi və nəqliyyat marşrutlarının blokadadan çıxarılması fikri - arxa tərəfi yalnız Azərbaycan və Türkiyə üçün faydalı olan bir medal kimidir: “Bölgədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına dair maddənin sənədə daxil edilməsi cəmiyyətin gözünə kül üfürməkdir”.

Bu barədə o, “Sputnik Ermənistan”ın müxbirinə verdiyi müsahibədə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 11 yanvar tarixli birgə bəyanatını şərh edərkən bildirib.

“Biz vətənimizin bir hissəsini itirmişik (işğaldan azad edilən qanuni Azərbaycan torpaqlarını o, həyasızcasına belə adlandırır - ”YM"), hərbi və iqtisadi itkilərə məruz qalmışıq. Belə vəziyyətdə iqtisadi əlaqələrin blokadadan çıxarılması barədə danışmaq, uşağa oyuncaq və ya konfet təklif etmək kimi bir şeydir. Uzunmüddətli perspektivdə bu, Ermənistanın inkişafı üçün əsas ola bilməz", - Avetisyan iddia edib.

“indiki vəziyyətdə nəzərə almaq lazımdır ki, biz əsrlər boyu ermənilərə qarşı düşmən münasibətdə olan iki dövlətlə (Azərbaycan və Türkiyəni nəzərdə tutur - red.) üzbəüzük. İqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasından sonra Azərbaycanın bir gün bütün bunlara məhdudiyyətlər qoymağa qərar verməyəcəyinə və hər şeyi ləğv etməyəcəyinə heç bir zəmanət yoxdur. Bundan əlavə, iqtisadi təhlükəsizlik məsələsi də var, çünki bizi həyatda qalma rejimində yaşamağa məcbur edən bu iki ölkə ilə inteqrasiyadan söhbət gedir. Azərbaycan və Türkiyə, ümumiyyətlə, erməni xalqının inkişafını, qonşularla dinc yanaşı yaşamasını və qonşu ölkələrlə iqtisadi rəqabətini qəbul eləmir. Məsələn, Gürcüstanla onların münasibətləri düşməncəsinə deyil, ancaq Türkiyə kapitalı Gürcüstan iqtisadiyyatının əsas sahələrini ələ keçirib”, - deyə Avetisyan xoflu şəkildə söyləyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması nəticəsində Ermənistan iqtisadi müstəqilliyini itirəcək və Türkiyə və ya Azərbaycan kapitalından asılı vəziyyətə düşəcək: “Yəni prosesə uzunmüddətli perspektivdə baxsaq, Ermənistanın iqtisadi sistemi şübhə altına alınacaq. Ümumiyyətlə, yolların açılması və əlaqələrin bərpası böyük ölçüdə yalnız Türkiyəyə və Azərbaycana fayda gətirəcək, biz isə ancaq müəyyən üstünlüklər və faydalar müqabilində nə alacağımızı hesablamalıyıq. Mən əminəm: bütün bunların arxasında Türkiyə və Azərbaycanın erməniləri türkləşdirmək və onları vətənlərindən məhrum etmək məqsədi güdülür”.

*****

Maraqlıdır, bəs görəsən, “dərin ağıl” yiyəsi T.Avetisyan dənizlərə çıxışı olmayan, blokadada çürüyən ölkəsinin iqtisadi bataqlıdan çıxmasını necə və hansı ölkə(lər)lə əməkdaşlıqda təsəvvür edir? Azərbaycan və Türkiyəsiz bu mümkün deyil, olmayacaq. Yoxsa hansısa populist erməni siyasətçisinin, vahid namizəd Manukyanın “sehrli çubuğu” var?

Qoyulan suallar əlbəttə ki, ritorikdir. Təbii, Ermənistanda iqtisadi məsələlərə də sırf siyasi düşüncələr, Türkə nifrət prizmasından baxan belə başabəla “iqtisadçılar” meydan suladıqca ölkə nəinki öz iqtisadiyyatını, heç indiki simvolik dövlətçiliyini də xilas edə bilməyəcək. Bizdən xəbərdarlıq eləməkdir...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam