Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

““Human Rights Watch” Ermənistanın məsuliyyətini azaltmağa çalışır” -ETİRAZ

““Human Rights Watch” Ermənistanın məsuliyyətini azaltmağa çalışır”  - ETİRAZ

“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı dekabrın 15-də “Ermənistan Azərbaycana qarşı ‘klastr bombalarından istifadə edib” adlı hesabat yayıb. Təşkilat ilk əvvəl klastr sursatlardan istifadənin müharibə qanunlarını pozduğunu, daha sonra isə 44 günlük müharibə dövründə Ermənistan tərəfindən Azərbaycanın sıx yaşayış məskənlərinə dəfələrlə bu bombaların atıldığını vurğulayıb.

Yenixeber.org: Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildiyini sənədləşdirib. Lakin digər tərəfdən təşkilat İkinci Qarabağ müharibəsində həm də Azərbaycanın dörd hücumda klastr sursatlara əl atdığını və hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyi yazıb ki, bu yanaşmanın faktlara söykənmədiyi məlumdur.

Maraqlıdır, “Human Rights Watch” Azərbaycanın klastr sursatlardan istifadə etdiyini deməklə nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı açıqlama verən hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, müharibənin əvvəlində həm “Human Rights Watch” təşkilatı, həm “Amnesty International” birtərəfli mövqe tutmuşdu:

“Onlar Azərbaycan Ordusunun guya mülki obyektləri atəşə tutmasından, qadağan olunmuş silah istifadəsindən yazmışdılar. Amma heç bir ciddi fakta söykənməmişdilər. Sonradan artıq Ermənistanın ballistik raketləri konflikt zonasından yüz kilometrlərlə məsafədə yerləşən yaşayış yerlərinə atmasını, Bərdədə qadağan olunmuş kaset bombasının tətbiqini gördükdə sifətlərini qorumaq məqsədilə Azərbaycanla bağlı da bir açqlama verdilər və indi də onu hesabat şəklinə salıblar. Təbii orada göstərirlər ki, 44 günlük müharibə ərzində Azərbaycanın 100-ə yaxın mülki vətəndaşı öldürülüb, 400-dən çox yaralanan var, təxminən 40 min insan öz daimi yaşayış yerindən köçməli olub və s. Onlar Ermənistanın qadağan olunmuş silah tətbiq etdiyini, buna görə Ermənistanın məsuliyyət daşıdığını da qeyd edirlər. Amma hesabat boyu elə məqamlar var ki, onlar qərəzliliyi ortaya qoyur və Ermənistanın məsuliyyətini azaltmağa çalışırlar. Məsələn, beynəlxalq normalara görə, müharibədə mülki obyektlərin dağıdılması, əhalinin öldürülməsi o zaman hərbi cinayət sayılır ki, bu, qəsdən baş versin. Tutaq ki, legitim hərbi obyektə atəş açılır, o obyekt isə yaşayış məntəqələrinin içərisində yerləşdirilib, artıq bu zaman qarşı tərəf məsuliyyət daşımır, çünki bu, hərbi cinayət sayılmır”.

Həmsöhbətimiz təşkilatın hesabatda ilk əvvəl həqiqətləri əks etdirdiyini, sonradan isə bir qədər qərəzli mövqe nümayiş etdirdiyini vurğulayıb:

“Təşkilat Gəncə və Bərdədə baş verənlərlə bağlı əvvəlcə həqiqəti yazsa da, sonradan qeyd edir ki, Azərbaycan hərbi obyektləri sıx yaşayış məntəqələrində yerləşdirilib və bununla da Azərbaycan dinc sakinlərin həyatını gərəksiz yerə riskə atıb. Bunun altında duran səbəb odur ki, onlar konvensiyalarda işlənən “qəsdən” sözünü yumşaltmaq istəyirlər. Yəni göstərməyə çalışırlar ki, guya Ermənistan bunları qəsdən etməyib, hərbi obyektləri məhv etmək istəyərkən səhvən yaşayış məntəqəsini vurub. Bu cür qərəzli məqamlar var”.

Hüquq müdafiəçisi təşkilatın tərəfləri bərabərləşdirmə cəhdlərindən də söz açıb:

“Əgər işğal altında olan ərazilərdə yaşayış məntəqələrindən birinə bomba düşmüşdüsə, bunlar legitim hərbi hədəflərin yanında olan obyektlər idi. Çünki təkcə Xankəndidə nə qədər hərbi hissə vardı. Əsas qoşun birləşmələri oradaydı. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərin hansında ermənilər yaşayırdısa, o ərazilərdə hərbi hissələr mövcud idi. Oraya atılan atəş hansısa bir tikilini uçurubsa, bu, hərbi cinayət sayıla bilməz. Axı Azərbaycanın atdığı bütün artilleriya bilavasitə döyüş bölgəsinə aid idi. Bizdə isə Gəncə 80-100, Bərdə 30-40, Naftalan 40-50 kilometr döyüş bölgəsindən aralıda yerləşir. Ona görə də bu məsələdə tərəfləri bərabərləşdirmək qərəzdən xəbər verir. Eyni zamanda Ermənistanın mülki əhali itkiləri barədə bu gün də müfəssəl məlumat yoxdur. Yalandan deyirlər 14 nəfər ölüb. Biz isə hamısının şəkillərini, ünvanını qeyd edirik. Hansı beynəlxalq təşkilat istəsə, gedib həmin şəxslərin ailələri ilə görüşə bilər. Ona görə də “Human Rights Watch” bəzi məsələlərdəki yanaşmasında qərəzi görməmək mümkün deyil. Gəncədə hansısa hərbi obyekt vardı ki, döyüş əməliyyatlarına oradan bilavasitə qoşun göndərilirdi? Yalandan dedilər ki, hava limanında türk təyyarələri var idi, oraya atırdıq. Təbii sonradan yalan dedikləri üzə çıxdı. Ümumiyyətlə, müharibə bölgəsindən kənarda hərbi obyektlərin olması oraya atəş açmaq səlahiyyəti vermir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam