Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Faşist mərmisi:Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərini etiraf edir

Faşist mərmisi:  Beynəlxalq təşkilatlar Ermənistanın cinayətlərini etiraf edir
“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərinə qadağan edilmiş kassetli raketlərlə hücum etdiyini təsdiqləyib.
Yenixeber.org: “Human Rights Watch” təşkilatının mütəxəssisləri də məlumatı təsdiqləyib. Beləliklə, Ermənistan silahlı qüvvələri və işğalçı ölkənin rəhbərliyinin mülki vətəndaşlara qarş cinayətləri öz təsdiqini tapdı. Bundan sonra Ermənistan tamamilə terrorçu dövlət olaraq törətdiyi cinayətlərə görə Haaqa beynəlxalq müharibə cinayətləri məhkəməsində cavab verməli olacaq.

Hərbi cinayətlər faktının nüfuzlu təşkilatlar tərəfindn tanınması son zamanlar əlləri ciddi şəkildə qana boyanan Ermənistanın xarici imicinə kifayət qədər ciddi zərbədir. Erməni faşistlərinin Gəncəyə hücumunun dəhşətli nəticələri - qadınların, uşaqların, yaşlı insanların öldürülməsi artıq Ermənistanı terrorçu dövlət kimi bütün dünyaya göstərdi, həmçinin beynəlxalq ictimaiyyətin qınağına səbəb oldu.

Xüsusilə, “Human Rights Watch” təşkilatı Ermənistan silahlı qüvvələrinin 28 oktyabrda Bərdə şəhərinə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə etdiyini açıqlayıb. Hücum nəticəsində 21 nəfər həlak olub, azı 70 nəfər yaralanıb. “Human Rights Watch” beynəlxalq və yerli jurnalistlərin, habelə sakinlərin zərbələrin endirildiyi yerdən çəkdikləri foto və videogörüntüləri təhlil edib.

Həqiqət budur ki, həm “Amnesty International”, həm də “Human Rights Watch” uzun müddət anti-Azərbaycan siyasəti aparan təşkilatlar kimi tanınır. Adları çəkilən təşkilatlar səbəb oldu-olmadı, hər hansı inandırıcı sübut və ya fakt göstərilmədən ardıcıl olaraq Azərbaycanı tənqid ediblər.

“Amnesty International” və “Human Rights Watch”un bir çox hesabatlarını tam olaraq “ermənipərəst” adlandırmaq olar. Bu qurumlar demək olar ki, heç vaxt Azərbaycanın tərəfini tutmayıblar və heç vaxt Azərbaycan mövqeyini müdafiə etməyiblər.

Bəs niyə birdən-birə baxışlarını dəyişdilər?

Görünən budur ki, geosiyasi zəmin dəyişib. BMT qətnamələri və bütün nüfuzlu beynəlxalq təşkilatların sənədlərində Azərbaycanın ədalətli mövqeyi təsdiqlənib. Ölkəmizin öz torpaqlarını işğaldan azad etmək hüququ var və bu, beynəlxalq sənədlərdə də öz əksini tapıb. İrəvan, Ermənistan silahlı qüvvələri isə bir sıra qanlı cinayətlər törədərək, terrorçu xislətini nümayiş etdirdi və bununla müəyyən olunmuş qırmızı xətti keçdilər.

Məliumat üçün bildirək ki, kaset mərmi, adi mərmilərdən fərqlənir və bu, daha geniş məhv radiusuna, çoxsaylı insanın öldürülməsinə səbəb olan dəhşətli, ölümcül bir silahıdır.

Dünya Gəncə və Bərdədə günahsız uşaqların,qadınların öldürülməsini gördü. Beynəlxalq ictimaiyyət işğalçının münaqişə bölgəsi və döyüş meydanı ilə heç bir əlaqəsi olmayan şəhərlərdə çoxsayda mülki insanı qətlə yetirməsi və qanlı əməlllərini unutmayacaq. Erməni terrorizmi kəskin şəkildə pislənilməli və bunu törədənlər ağır cəzalandırılmalıdır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam