Redaktor seçimi
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
Günün xəbəri

Ermənistanın -mülki yaşayış məntəqələrinə etdiyi 11 hücum sənədləşdirilib

Ermənistanın mülki yaşayış məntəqələrinə etdiyi 11 hücum sənədləşdirilib

 

Tarixi məğlubiyyətdən sonra Qarabağdan geri çəkilməyə məcbur olan Ermənistanın mülki yaşayış məntəqələrinə etdiyi 11 hücum sənədləşdirilib.

Yenixeber.org: "Human Rights Watch" Ermənistan hərbi birləşmələrinin Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtərdəki şəhər, qəsəbə və kəndlərdə etdiyi hücumları araşdırıb. Nəticədə təşkilat Ermənistan silahlı qüvvələrinin ballistik raketlər və iri çaplı top mərmiləri ilə yaşayış məntəqələrini vurduğunu təsdiqləyib. Aparılan araşdırmalara uyğun olaraq bu hücum nəticəsində çoxlu sayda mülki vətəndaşın şəhid olduğu bildirilib.

Təşkilatın yaydığı hesabatda qeyd olunub ki, hücumların şahidi olan 53 nəfərlə şəxsən görüşülüb, 12 nəfərlə isə telefon danışığı baş tutub. Bununla yanaşı qurum 17 hücumun 10-nun peyk görüntülərinə, sosial şəbəkədə yayılan foto və videolarına nəzər salıb. Bütün bu materiallar hücumun zamanını, tarixini və zərərin həcmini təsdiqləyib.

"Human Rights Watch"un Avropa və Asiya direktoru Hyu Villyamson bildirib ki, erməni hərbi hissələri dəfələrlə idarəolunan və idarəolunmaz raketlər və ağır toplarla hücum ediblər:

"6 həftəlik müharibə dövründə təkrarlanan bu hücumlar mülki şəxslərin həyatlarını və evlərini məhv etdi. Bu hücum tərəfsiz şəkildə araşdırılmalıdır".

Qeyd edək ki, bu sənədlər Ermənistanın beynəlxalq məhkəmədə mühakimə olunmasına yol açır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam