Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Qarabağ problemini həll olunmuş saymaq olarmı?-ŞƏRH

 

Ekspert: “Torpaqların 75 faizini qaytarmışıq, qalan 25 faiz gələcəkdə işimizi necə quracağımızdan asılıdır”

Yenixeber.org: Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr tarixli Bəyanat Dağlıq Qarabağ münaqişəsini həll etdimi? Hazırda aktual suallardan biri də budur. Prezident İlham Əliyev Laçının azad olunması ilə əlaqədar xalqa müraciətində artıq “Dağlıq Qarabağ münaqişəsi” termininin arxada qaldığını bildirdi: “Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun. Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək olar”.

Amma ekspertlər bu fikri bölüşmür və Dağlıq Qarabağ münaqişəsinin tam həll olunduğunu düşünmürlər. Onlar hesab edirlər ki, Azərbaycan müharibədə ciddi uğur qazanaraq işğal altında olan ərazilərinin böyük hissəsini azad edib. Bununla belə, Azərbaycan ərazilərinin bir hissəsi ermənilərin və Rusiya qoşunlarının nəzarəti altında qaldığına görə bu mərhələdə problemin birdəfəlik, qəti həllindən hələ ki danışmaq olmaz.

Siyasi təhlilçi Zərdüşt Əlizadə bildirdi ki, Azərbaycan 44 gün çəkən son müharibədə işğal altındakı ərazilərin 75 faizini geri qaytara bildi, qalan 25 faizin aqibəti isə Azərbaycan hökumətinin gələcək davranışlarından asılı olacaq:

“Azərbaycan indiyədək çox səhvlər edib. Bu üzdən indiki durum təsəvvür edilən ən yaxşı vəziyyətdir. Torpaqların 75 faizini qaytarmışıq, qalan 25 faiz gələcəkdə işimizi necə quracağımızdan asılıdır. Düşünülməmiş, tədbirsiz davransaq, həmin 25 faizi itirəcəyik. Yox, daha ağıllı davransaq, tədricən, addım-addım Dağlıq Qarabağ üzərində suverenliyimizi tam bərpa edəcəyik. “Qarabağ tam bizimdir, qələbə qazandıq” tipli bəyanatlara gəlincə, hökumətin istənilən sahədə bəyanatları gerçəklikdən uzaq olur. Bunu deyəndə nəzərə almırlar ki, 25 faiz bizim nəzarətimizdə deyil. Azad etdiyimiz 75 faizi abad eləsək, ümumiyyətlə, Azərbaycanı qanunların işlədiyi, vətəndaşların hüquq və azadlıqlarının qorunduğu bir ölkəyə çevirə bilsək, o zaman tədricən bütün Qarabağı qaytara bilərik. “Ermənisən, ölməlisən” ritorikasından da imtina olunmalıdır”.

Z.Əlizadənin fikrincə, Azərbaycan mütləq Rusiya ilə münasibətlərə həssas yanaşmalıdır. Ekspert hesab edir ki, Azərbaycan Rusiya sülhməramlılarına öz ərazisindən istifadə etməyə imkan yaratmaqla doğru addım atıb.

Digər siyasi təhlilçi Ərəstun Oruclu isə fərqli fikirdədir. Onun fikrincə, Rusiya Xankəndiyə müvəqqəti gəlməyib və orada yerinə yetirdiyi fəaliyyət də sülhməramlı missiya deyil:

“Ən azı, gətirilən silahların təyinatı sülhməramlı kontingentin istifadəsi üçün deyil. Rusiyanın məqsədi sülhməramlı adı altında hərbi baza yaratmaqdır. Bununla həm də kommunikasiyalara nəzarət etmək məqsədi güdür. Rusiyanın Xankəndiyə, ermənilərə gətirdiyi yardım Azərbaycan ərazisindən – Samur gömrük-keçid məntəqəsindən gəlib keçir. Azərbaycan mediasında bunu belə təqdim edirlər ki, “Şuşaya yardım aparılır”. Şuşada kimə aparılır? Ermənilər oradan çıxıb, azərbaycanlılar da hələ gedib yerləşməyib. Rusiya mediası isə Xankəndiyə aparıldığını yazır. Rusiya qondarma qurumun rəhbərləri ilə danışıqlar aparır. Rusiya rəsmiləri Paşinyan hökuməti ilə Qarabağdakı sülhməramlıların fəaliyyətinin tənzimlənməsi barədə anlaşma imzalayır. Azərbaycanın o ərazilərdəki təbii sərvətlərinə də rus sülhməramlıları nəzarət edəcək”.

Ekspertin sözlərinə görə, vəziyyət göründüyündən daha qəlizdir, cavabını tapmalı olan xeyli suallar açıq qalıb. Ə.Oruclu bildirdi ki, Laçının mərkəzi qaytarılmadığı halda, rayon ərazisindəki kəndlərin necə idarə olunacağı, orada məskunlaşacaq əhalinin mühafizəsi kimi məsələlər məlum deyil:

“Xocalıda ermənilər üçün səyyar hospital quran, məktəb təmir edən Rusiya “sülhməramlı”larından ermənilərin tərk etdikləri ərazilərdə törətdikləri vandalizmin qarşısını almaq niyə tələb olunmur? Gələn il 20 yanvar qırğınının və Xocalı soyqırımının qurbanlarının anım mərasimləri necə keçiriləcək? Bütün bu və digər sualların cavabını ancaq dövlət qurumları verə bilər, amma təəssüf ki, onlar ya susurlar, ya da qeyri-müəyyən açıqlamalarla yola verirlər”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam