Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

“Vaşinqtona güvənib Moskvaya üz çevirmək təhlükəlidir”

 

“ABŞ Senatının ölkə prezidentinə müttəfiq ölkələrlə hərbi əməkdaşlığı genişləndimək səlahiyyəti verməsi əhəmiyyətli qərardır. Senat bu qərarla Ukrayna, Gürcüstan və Moldovaya NATO-ya üzv olmadan müttəfiq statusunu verdi. Bu məsələdə Azərbaycanın da adı var. Bu müsbətdir, lakin Azərbaycana yanaşmada bunun konkretləşdirilməsinə ehtiyac var”.



"Xeberinfo.com":  Məlumata görə, bu barədə Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.



Onun fikrincə, ABŞ-la hərbi müttəfiqlik təkcə təhlükəsizliyi gücləndirmir, eyni zamanda risklər yaradır.



“Təhlükəsizlik sahəsində ABŞ-la Azərbaycanın əməkdaşlığı uzun müddətdir davam edir. Müxtəlif dövrlərdə bunun həcmi və istiqamətləri əhəmiyyətli dərəcədə dəyişib. Vaşinqton bizə quru, dəniz və hava sərhədləri üzərində effektiv nəzarətin təşkilində böyük kömək göstərib. Beynəlxalq terrorizmə, nüvə və raket texnikasının qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə də öz səviyyəsi ilə seçilir. Lakin erməni lobbisinin təzyiqi altında ABŞ Konqresinin Azərbaycanla hərbi əməkdaşlığın maliyyələşdirilməsi həcmini Rusiyanın hərbi müttəfiqi olan Ermənistanla bərabərləşdirməsi haqda qərarı neqativdir”, - deyə politoloq bildirib.



R. Musabəyov qeyd edib ki, uzaq perspektivdə Azərbaycan və ABŞ-ın hərbi əməkdaşlığının nə dərəcədə genişlənəcəyini demək çətindir: “Burda yeganə məsələ ABŞ-ın konkret nəyi və hansı həcmi təklif edəcəyi deyil. Amerika ilə hərbi əməkdaşlığın mümkün xeyirləri olduğu qədər, riskləri də var. Məsələn, bu, Rusiya və İranın mənfi reaksiyalarına səbəb ola bilər. Hərçənd ABŞ-ın dünyanın bütün ölkələri ilə hərbi münasibətləri kəmiyyət və keyfiyyətcə seçilir. Lakin biz bunun mənfi nəticələrini bu yaxınlarda Gürcüstan və Ukrayna təcrübəsində gördük. Bu baxımdan, Vaşinqtonun hərbi dəstəyinə güvənərək Moskva ilə münasibətləri gərginləşdirmək həddindən artıq ehtiyatsız addımdır və bunun təhlükəli nəticələri ola bilər”.

Publika.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam