Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

"Azərbaycana verilən dəstəyimiz bu günə qədər davam edir"

34724E38-30C4-41E4-8842-0D050926469A_w640_r1_s_cx0_cy13_cw0

 

Azərbaycan Müdafiə Nazirliyi iyulun 14-də Pentaqon və NATO ilə hərbi əməkdaşlığı davam etdirməyə, hərbi qurumlar arasında etibarın tam bərpa olunmasına hazır olduğunu bəyan edib.
"Xeberinfo.com":   Amerikanın Səsi ABŞ-ın Azərbaycandakı səfirliyinə iki ölkə arasında hərbi əməkdaşlığın perspektivləri barədə sorğu ilə müraciət edib.
ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinin sorğusuna aşağıdakı cavabı verib:
“Birləşmiş Ştatların Azərbaycanla hərbi məsələlər də daxil olmaqla uzun müddətli əməkdaşlığa hazırlığı dəyişməzdir. Azərbaycan müstəqillik qazandıqdan sonra, biz hərbi peşəkarlığın artırılması, terrorizmə və narkotiklərin yayılmasına qarşı mübarizə və hətta ingilis dilinin tədrisi də daxil olmaqla müxtəlif sahələrdə hərbi proqramlar və təlimlər təşkil etmişik. Biz bu əməkdaşlığı və NATO proqramları çərçivəsində gorülən işləri yüksək qiymətləndiririk. Bizim sıx əməkdaşlığımız və Azərbaycana verilən dəstəyimiz bu günə qədər davam edir.
ABŞ-ın Azərbaycana dair siyasəti – birlikdə çalışaraq iki ölkə üçün mümkün olan ən parlaq gələcəyə sahib olmaq öhdəliyinin üzərində qurulub. Bu həmişəki kimi güclü bir öhdəlikdir. Biz Azərbaycanla bütün sahələrdə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsini səbirsizliklə gözləyirik”, səfirlik bildirir.
Cavabda həmçinin bu bəyanatla bağlı daha geniş məlumat əldə etmək üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət etməyimiz də xatırladılır.
Amerikanın Səsi eyni sorğu ilə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə də müraciət edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam