Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

"Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha Rusiyanı qıcıqlandırmır"

 

Zahid Oruc: "Türkiyə Rusiya hərbi paktına ehtiyac var"  

"Xeberinfo.com":  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında növbəti birgə hərbi təlimlərə start verilib.  Hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.   Təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı Ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcəkdir. Təlimlər mayın 16-dək davam edəcəkdir. Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin mühüm mərhələsi hesab olunan hərbi əməkdaşlıq region ölkələri tərəfindən heç də müsbət qarşılanmır. Buna qısqananlar az deyil. Birgə hərbi təlimlərin Azərbaycana verəcəyi müsbət təsirləri qiymətləndirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Teleqraf.com-a bildirib ki, bir vaxtlar  Azərbaycan Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsini təsəvvür etmək çətin idi: "Ona görə yox ki, Azərbaycan və ya Türkiyə bunu istəmirdi. O dövrün şəraiti elə idi ki, iki ölkə arasında münasibətlərin hərbi əməkdaşlıq mərhələyə keçməsi regionda gərginlik yaradırdı. Hər bir hakimiyyətin əsas məqsədi strateji müttəfiq olduğu ölkə ilə hərbi əməkdaşlıq qurmaq və bu zaman özünü təhlükəyə atmamaqdır. 90-cı illərin əvvəllərində özünü türkçü sayan AXC hakimiyyəti Türkiyə ilə hərbi ittifaqda maraqlı idi və bunun üçün müəyyən addımlar atılmışdı. Nəticə ağır oldu. 2011-ci ildə Türkiyə ilə imzalanmış Strateji Tərəfdaşlıq Şurası anlaşmasında hərbi əməkdaşlıq öz əksini tapıb. Razılaşmaya görə, türk əsgəri Azərbaycanın ərazi bütövlüyü uğurunda savaşmağa hazırdır. Son 4 ildir ki, biz İstanbul, Ankara, eləcə də, Naxçıvan və Bakıda Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin şahidiyik. Bu təlimlər bizə yaxşı təcrübə qazandırır, hərbi əməliyyatlarda birgə iştiraka hazırlayır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Qarabağın işğaldan azad olunması baxımından hərbi təlimlər mühüm əhəmiyyət kəsb edir".  Z.Oruc hesab edir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha Rusiyanı qıcıqlandırmır: "Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvləri olan Rusiya və Ermənistanın regionda birgə hərbi təlimlərini görmürük.  Azərbaycan və Türkiyənin hərbi əlaqələri bölgədə inkarolunmaz faktora çevrilib. Eyni zamanda mən düşünürəm ki, gələcəkdə Rusiya və Türkiyə Cənübu Qafqazın təhlükəzisliyi ilə bağlı hərbi pakt imzalasın. Hazırkı dönəmdə buna ehtiyac var. Bu əməkdaşlıq paktında Azərbaycanın ərazi bütövlüyü məsələsi konkret qeyd olunmalıdır.  Azərbaycan hərbçilərinin 9 may Qələvə Günü münasibəti ilə Moskvada keçirilən parada qatılmasına da münasibət bildirən Z.Oruc qeyd etdi ki, faşizm üzərində qələbədə azərbaycanlıların payı digər xalqlarınkından heç də az olmayıb.  Sovet ordusunun fəaliyyətilə bağlı birmənalı fikir yoxdur. Bütün bu mübahisələrlə yanaşı düşünürəm ki, faşizm üzərində qələbədə bizim də haqqımız tanınsın. Mənim diqqətimi çəkən Azərbaycan ordusunun Qızıl Meydanda öz gücünü dünyaya nümayiş etdirməsi oldu. Ordumuzun Azərbaycan bayrağı altında Kreml önündə addımlaması həm də simvolik xarakter daşıyırdı və hər bir türkü qürurlandırırdı. Bizim hərbçilərin fiziki göstəriciləri, sıra düzülüşü, nizam-intizamı Qızıl Meydandakı digər ölkələrin, xüsusilə də, Ermənistanın hərbçilərinin anoloji göstəricilərindən daha üstün idi və bu çox asan özünü biruzə verirdi". 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam