Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Gündəlikdə Qarabağdı, Ermənistan-Azərbaycan münasibətləri deyil-MÜSAHİBƏ

 Yenixeber.org: Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağ münaqişəsinə dair imzaladığı birgə bəyanatdan sonra həmin sənəddə göstərilən Rusiya sülhməramlısının Qarabağa yerləşdirilməsi məsələsi ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Eyni zamanda Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayacağına dair razılıq hər iki ictimaiyyətdə narahatlıq doğuran məsələlərdəndir. Baxmayaraq ki, Azərbaycan prezidenti İlham Əliyev bunu həmişə açıq bəyan etmişdi ki, həmin ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycanın onlarla problemi yoxdur. Prezident bidlirirdi ki, problem Azərbaycan torpaqlarını işğalda saxlayan erməni qoşunları ilədir. Erməni ictimaiyyəti isə Dağlıq Qarabağda etnik təmizləmə aparıldıqdan sonra yenidən köhnə vəziyyətin həmin ərazilərdə bərqərar olması ilə barışmaq istəmir.Bəs məsələnin həll yolu nədir? Birgə yaşayış necə mümkün olacaq? Sülhməramlılarla, xüsusən münaqişə başlayandan münaqişənin içərisində və iadrəetməsində rol alan Rusiya sülhməramlısının bu məsələni yoluna qoyması mümkün olacaqmı? Konfliktoloq Əvəz Həsənov suallarımıza cavab verib.                                   

 

-Əvəz bəy, Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı birgə bəyanatda Dağlıq Qarabağa Rusiya sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gəlindiyi qeyd olunub. Ümumiyyətlə, Qarabağa sülhməramlılar yerləşdirilməsinə ehtiyac vardımı və ya ola bilərdimi? Və niyə məhz Rusiya sülhməramlıları?

-Razılaşdırılmış bəyanatda sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulub və artıq demək olar ki, Rusiya sülhməraml qüvvələri Qarabağa gəliblər. Ermənistanda ölkə rəhbərliyi ilə görüşlər keçirməkdədirlər. İstənilən münaqişə zamanı silahlı qarşıdırma yaradan tərəflər arasında gərginliyi azaltmaq üçün sülmərmamlılar yerləşdirilir. Əgər silahlı qarşıdurma məcburi dayandırılırsa və yaxud razılığa gəlinirsə, mütləq prosesə neytral silahlı qüvvələr nəzarət edir ki, qarşıdırma baş verməsin və razılaşmaya əməl olunsun. Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi təbii ki, gözlənilən olsa da regiona gəlməsi narahatlıq doğurur. Rusiyadan başqa bu regiona başqa dövlətin və yaxud siyasi blokun sülhməramlı yerləşdirməsi planı yox idi. Hətta, ABŞ prezidenti Donald Trampın buraya guya Skandinaviya ölkələrindən sülhməramlı yerləşdirilməsi çağırışı qeyri-ciddi görünürdi. ATƏT-in Minsk Qrupu üzvlərinin sülhməramlı qüvvələr yerləşdirmək həvəsi yox idi. Ona görə də Rusiya bu boşluqdan istifadə edib, təşəbbüsü ələ keçirdi. İndi bundan sonra Fransa hökuməti bəyanat verir və Rusiyanın təkbaşına qərar verməsindən şikayət edir. Halbuki, ATƏT-in Minsk Qrupu sülhün əldə olunması üçün tərəflərə ciddi təzyiq etmədi.

 

-Dağlıq Qarabağda bundan sonra ermənilərin, eləcə də azərbaycanlıların birgə yaşayışı mümkün olacaqmı? Prezident bunu tez-tez səsləndirilir. Birgə bəyanatda da bu vurğulanır. Amma sosial mediada yazılanlardan belə başa düşürük ki, bunu nə ermənilər, nə də azərbaycanlılar istəyir. Belə olduğu halda nə etmək lazımdır? Nəzərə alsaq ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Nə etmək lazımdır ki, birgə yaşayış mümkün olsun?

- Bunu bir cümlə ilə izah etmək istəyirəm. Əgər azərbaycanlılar Dağlıq Qarabağda yaşayan erməniləri öz vətəndaşlığında saxlamaq, onlarla gələcəkdə dinc yaşamaq istəyirlərsə, birgə yaşayışı öyrənməlidirlər. Çünki onlar beynəlxalq qanunvericiliyə görə, Azərbaycan vətəndaşlarıdır və onların ölkənin digər vətəndaşları ilə inteqrasiyası üçün dinc yanaşı yaşamaq vacib şərtdir. Sosial şəbəkə nə yazır, bunun əhəmiyyəti yoxdur. Birgə yaşayış üçün nə etmək lazımdır? Sülhün əldə olunmasından sonra öz qonşunuz ilə necə yaşayırıqsa, erməni vətəndaşlarımıza da eyni münasibət göstərmək lazım olacaq.

-Regionda sabitliyin qarantı nə ola bilər? Kim əmin edə bilər ki, orada illərdir bir-birinə düşmən gözü ilə baxan iki millət birgə yaşasın?

-İndi Rusiya sülhməramlılarının Qarabağa gəlişindən sonra sabitliyin qarantı ilk növbədə Rusiya və Türkiyənin birgə əməkdaşlığının mümkün olmasından asılıdır. Əks halda, Rusiyanın birtərəfli qaydada apara biləcəyi sülhməramlı fəaliyyəti Azərbaycan əhalisini qane etməyəcək. Ona görə də bu gün regionda sabitliyin qarantı olacaq iki dövlət mövcuddur. Əks halda Azərbaycan və Ermənistan arasında uzunmüddətli sülhün əldə olunacağına ümid etmək sadəlövhlük ola bilərdi. Hər iki xalq 30 il bir-biri ilə düşmən kimi yaşadı. İndi Azərbaycan üçün tarixi ədalət bərpa olunur, əksinə Ermənistan üçün prosesi uduzmağın yeni tarixi başlayır. Ancaq tarix millətləri və dövlətləri yeni-yeni reallıqlar qarşısında qoyur. Əsas odur ki, millətlər bu reallıqdan dərs ala bilsinlər. Azərbaycanlılar və ermənilər də bu tarixi reallıqlardan dərs almağı bacardıqca dinc yaşamağa alışacaqlar.

 

- O biri tərəfdən götürəndə Azərbaycanda Ermənistandan qovulmuş 350 min azərbaycanlı qaçqın var. Onlar da Ermənistan vətəndaşı hesab olunmalıdırlar. Onların taleyi necə həll olunacaq? Azərbaycan ölkədə yaşayan, eləcə də Dağlıq Qarabağdakı ermənilərə vətəndaşı kimi sahib çıxmağa hazır olduğu halda, Ermənistan da onlara vətəndaşı olaraq sahib durmalı deyilmi? Və ya bu kimi məsələlər iki dövlət arasında danışıqlar predmetinə çevrilməli deyilmi?

-İstərdim ki, Azərbaycanda aydın təsəvvür etsinlər ki, Dağlıq Qarabağdan və ətraf rayonlardan qovulan insanlar ilə Ermənistandan qovulan insanlar arasında status fərqi ilə yanaşı siyasi yanaşma fərqi də çox fərqlidir. Dağlıq Qarabağdan qovulan insanların öz yaşadıqlara ərazilərə qaytarılması Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır. Ermənistandan qovulan insanların Ermənistana qaytarılması məsələsi isə Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunmasından asılıdır. Göründüyü kimi, biz yalnız DQ münaqişəsini həll etmək üçün çalışırıq. Azərbaycan və Ermənistan münaqişəsinin həlli və münasibətlərin normallaşması prosesi gündəlikdə deyil. Ona görə də qaçqınların ora qaytarılması məsələsi də gündəlikdə durmur. Belə olan halda Azərbaycandan qovulan erməni qaçqınların da Azərbaycana qaytarılması mövzusu gündəlikdə olacaq.

-Prezident deyir ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək. Amma əvvəl deyirdi ki, yaşayan ermənilərə mədəni muxtariyyat və ya idarəçiliyi verə bilərik. İndi Xankəndi, Ağdərə Xocavənd və Xocalının idarəetmə forması necə olacaq?

-Sentyabrda başlayan müahribədən əvvəl DQ-nin statusu ilə bağlı Azərbaycanın mövqeyi arasında bu gün müharibənin indiki şərtlər ilə faktiki olaraq Azərbaycanın üstünlüyü ilə bitməsinin arasında fərqi görürük. Azərbaycan əgər bir il bundan əvvəl DQ-ya ən yüksək status verməyə hazırdısa, bu gün dəyişən vəziyyətdən sonra bu statusun nə cür olacağını demək çox çətindir. Təbii ki, bütün zamanlarda Azərbaycan DQ-ni özünün ərazisı çərçivəsində bir subyekt görürdü və onun özünün tanınmış əraziləri çərçivəsində hansısa status alacağına təminat verirdi. İndi şərait dəyişdiyindən bunu yeni formatda müzakirə etməyə ehtiyac olacaq. Bu gün Azərbaycan ordusunun işğaldan azad etmədiyi Ağdərə, Xankəndi, Xocalı, Xocavənd rayonlarında yaşayan ermənilər orada yaşamağa davam etəcəklər. Onların hansı idaretmə forması olacağını indiki halda demək mümkün deyil. Çünki Azərbaycan bəyan edib ki, status məsələsinin müzakirəsi indi gündəlikdə yoxdur. Belə olan halda bizim mülahizə yürütməyimiz yanlışlıq olar.

 

-Sizin fikriniz nədir? Regionda sabitliyin bərpası üçün, iki millət arasında münaqişənin bitməsi və bir daha yaranmaması üçün nə etmək olar?

-İlk növbədə Azərbaycan və Ermənistan cəmiyyəti öz aralarında olan düşmənçiliyə son qoymalıdır. Tarixdən miras qalmış düşmənçilik yaddaşına yenidən baxmalıdır, onu dəyişməli və birgə qonşuluq siyasətinə önəm verməlidir. Azərbaycanlılar və ermənilər başa düşməlidirlər ki, onların inkişafı və stabil yaşayışı üçün regionda sülh içində yaşamağın önəmi çox böyükdür. Əks halda yüz illər keçsə belə hər iki xalq arasında normal münasibətləri düzəltmək mümkün olmayacaq. Hər iki xalq özünün tarixi yaddaşına mehriban qonşuluq ilə bağlı nümunələri əlavə etməlidir.(astna.biz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam