Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qiymətləri stabilləşdirək, amma zor gücünə yox”

 

“Azərbaycan hökuməti xalqın maraqlarını, əhalinin mənafeyini qoruyub saxlayıb. Ayrı-ayrı sahələrlə bağlı tənqidlərimiz olsa da, ümumilikdə hökumətin işini qənaətbəxş hesab etmək olar”

"Xeberinfo.com":   Məlumata görə, bunu Modern.az-a deputat Zahid Oruc parlamentin bugünki iclasında müzakirə olunmalı məsələlərdən bəhs edərkən söyləyib.

Onun fikrincə, hökumətin geniş tərkibdə parlamentdə iştirakı nəzərə alınaraq müzakirə əsasən manatın devalvasiyasının doğurduğu nəticələrin və insanların hazırkı vəziyyətinə təsiri üzərində qurulmalıdır:
“Manat təkcə iqtisadi maliyyə vahidi deyil, eyni zamanda siyasi sabitlik vasitəsidir. İnsanların böyük bir hissəsində panika bu gün də qalmaqdadır, əksəriyyət gözləmə mövqeyindədir, ticarət əlaqələri xeyli zəifləyib, işgüzar mühit əngəllənib, eyni zamanda qiymətlərdə kifayət qədər dəyişiklik var. Bu səbəbdən istəyirdim ki, biz bu məsələ ilə bağlı hökumət üzvlərinin mövqeyini eşidək. Çünki bu, indi cəmiyyəti daha çox ilgiləndirən məsələdir.
Düşünürəm ki, manatın dollar qarşısında devalvasiyası zəruri addım idi, lakin iqtisadçılar səhvən bunu bütövlükdə manatın alıcılıq qabiliyyətinin 33,5 faiz aşağı düşməsi kimi dəyərləndiriblər. Bu yalnış və matematik yanaşma idi. Manatın kursunun düşməsi manatın alıcılıq qabiliyyətinin də aşağı düşməsi anlamına gəlmir. Biz banklarda olan əmanətlərdən, eləcə də vətəndaşların malik olduğu manat kütləsindən 33, 5 faizi çıxmaq və əhalinin 1/3 nisbətində kasıblığını deməklə yalnışlığa yol veririk və bu səhvdir”.
Onun fikrincə, digər ölkə valyutaları manatla eyni aqibəti yaşasalar da, həmin ölkələrdə bahalaşma olmayıb: “Ona görə ki, hökumət dərhal adekvat addımlar atır, rüsumları azaldır, dəyişdirir, vergi dərəcələrini, bank faizlərini tənzimləyir və s. Bu kimi çevik vasitələrlə vəziyyətə nəzarət edir, ölkə daxilində əhalinin alıcılıq qabiliyyətini qoruyub saxlayır, daxili istehsalı gücləndirərək vətəndaşını devalvasiyanın təsirindən qoruya bilir”.
Zahid Oruc qeyd edib ki, məsələnin ən önəmli cəhətlərindən biri əmanətlərlə bağlıdır: “Əhalinin 7 milyard manat əmanəti var. Bunun təxminən yarısı manatladır. Bir çoxları avtomatik hesab edirdi ki, onların pul kütləsi 1/3 vahid dəyərini itirdi. Bu yalnış bir təqdimatdır, qiymətlərədən asılı olaraq bunu söyləmək olar. Hazırda banklarda dollarla əmanətləri olan 2 milyon insan 33,5 faiz qazanıb. Amma ölkədə belə bir mənzərə yaranıb ki, xalq, verilən bir qərarla 100 faiz 1/3 nisbətdə kasıblayıb.
Biz nəzərə almalıyıq ki, dollarla krediti olan insanların problemi var. Mərkəzi Bank bununla bağlı qərarını Məclisdə elan etməlidir. İnanıram ki, iclasın gedişində bu baş verəcək”.
Onun sözlərinə görə, bir sıra məhsulların qiyməti 40-50 faiz qalxıb: “İnanıram ki, bu qiymətlər bir müddət sonra stabilləşəcək, iqtisadiyyatda tələb və təklif modeli işə düşəcək. O zaman hamımız real qiymətləri görəcəyik. Mənim proqnozuma görə, qiymətlər qat-qat aşağı düşəcək. Əhali öz tələbatını sıxdıqca, xərclərini ixtisar etdikcə, qiymətlər də qərarlaşmış olacaq”.
Deputatın fikrincə, dövlət qiymət diqtə edə bilməz: “Süni qiymət artımı nə qədər pisdirsə, qiymətlərin az qala sovet iqtisadi vasitələrilə saxlanılması da pisdir, çünki bu inzibati qaydalarla müəyyənləşə bilməz.
Düşünürəm ki, xarici təcrübələrdən istifadə etməliyik. Dolların kursu möhkəmlənən ölkələrdə hökumətin hansı addımlar atdığına diqqət etmək lazımdır. Necə olur ki, həmin ölkələrdə qiymətlər qalxmır, rifah halı aşağı düşmür?
İlk növbədə ölkənin xarici ticarət dövriyyəsini nəzərə almalıyıq. 31 milyard dollarlıq ümumi məhsulun 22 milyardını ixrac edirik, 9 milyardlıq malı isə idxal edirik. Belə olan halda o məhsulların gömrük rüsumlarını, vergi dərəcələrini və bank faizlərini tənzimləyərək iqtisadi vasitələrlə qiymətləri stabilləşdirməliyik, amma bu dəyənək və zor gücünə olmamalıdır”.
Deputat hökumətə çağırış da edib: “Əhalinin bütün təbəqələrinin maraqlarını nəzərə alaraq devalvasiyadan çox bizə zərbə vuran qeyri-müəyyənlik aradan qaldırılsın. Hökumət devalvasiyaya getdiyi kimi, elə addım atmalıdır ki, paralel olaraq manatın dollara nisbətdə ucuzlaşması qiymət artımı yaratmasın”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam