Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Teyyub Qənioğlu-"Qardaş saydığımız bu dövlətin rəhbərlərinin xəyanatə bərabər hərəkətləri..."

 

 

Ümidvarıq ki, Qazaxstan rəhbərliyi gələcəkdə Azərbaycanımızın zərərinə olan heç bir hərəkətdə iştirak etməyəcəkdir. 

Təkamül Partiyasının sədri Teyyub Qənioğlu dünən Qazaxstanda Ermənistanın milli bayramının təntənə ilə qeyd edilmisinə mübasibət bildirib. Bununla bağlı Teyyub Qənioğlu yenixeber.org-a danışıb:  

"Azərbaycan xalqı, Azərbaycan dövləti həmişə Qazaxstanı dost və qardaş ölkə hesab edib və inanıram ki, həmişə belə olacaqdır. Ancaq qardaş saydığımız bu dövlətin rəhbərlərinin (qazax xalqının yox!) son bir neçə gündə Azərbaycanımıza qarşı sərgilədiyi, sözün əsl mənsında xəyanatə bərabər hərəkətləri, çox böyük məyusluq doğurmaqdadır. İyul hadisələrindən sonra Rusiyaya öz ərazisindən (Gürcüstandan fəqli olaraq) Ermənistana külli miqdarda, Azərbaycanımıza qarşı işlədiləcəyi heç bir şübhə doğurmayan, silah-sursat daşınmasına icazə verməsi azmış kimi, dünən Qazaxstanda Ermənistanın milli bayramını təntənə ilə qeyd edilmiş, Astananın küçə və meydanları mənfur ermənilərin əski parçaları (üzdən iraq bayraqları) ilə bəzədilmişdi. Qazaxtan rəhbərliyinin qardaşlığa sığmayan bu hərəkəti göstərir ki, bu qardaş saydığımız ölkə hələ də türk dünyasında öz yerini tapmayıb. Və, günlərin bir günü, Allah eləməsin, KTMT Azərbaycan-Ermənistan arasında qaçılmaz olan müharibəyə cəlb oluncaqsa qazax əskərlərinin Azərbaycan əsgərinə qarşı vuruşacağının şahidi olacağıq. Qazaxstan rəhbərliyi unutmasın ki, bu baş verərsə (inşAllah baş verməz) türk dünyasına qarşı heç zaman bağışlanmayacaq xəyanət etmiş olar və bundan daha çox zərər görən də məhz qardaş qazax xalqı olar. Ümidvarıq ki, bu "perspektivi" nəzərə alan Qazaxstan rəhbərliyi gələcəkdə Azərbaycanımızın zərərinə olan heç bir hərəkətdə iştirak etməyəcəkdir. Təbii, əgər Qazaxstan özünü müstəqil türk dövləti hesab edirsə..."


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam