Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

David Tonoyana tonoyansayağı, ancaq “alovlu” cavab verilməlidir!

 

Yenixeber.org: Martın 29-da Azərbaycan Prezidenti İ.Əliyevlə Ermənistanın baş naziri N.Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparılıb. Bu haqda məlumat verən Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev verdiyi açıqlamasında görüşün normal və konstruktiv şəraitdə keçdiyini bildirib (bərəkallah!) və böyük uğur kimi (?) qeyd edib ki:”danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır”(nə olsun, nəticə ki, yoxdur). H.Hacızadə qeyd edir ki: “Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, "3+2” formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda … sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır (neçənçi dəfə!? 30 ilə yaxındır ki, bu istiqamətdə boş-boş bəyanatlar verilir). Eyni zamanda danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir” (göz dəyməsin, çox böyük uğurdur!). Bu görüşün heç bir nəticə vermədiyini və belə görüşlərin gələcəkdə də heç bir nəticə verməyəcəyini Nyu Yorkda erməni icmasının nümayəndələri ilə görüşü zamanı Ermənistan Müdafiə naziri David Tonoyan açıq şəkildə deyib. O, qeyd edib ki, "Ərazi qarşılığında sülh” formulunu mən "yeni müharibə - yeni ərazilər” formulu kimi redaktə edərdim. Kompromislər mümkündür. Biz hücum bölmələrimizin sayını artıracağıq. Xəndəkdən, müdafiə vəziyyətindən düşmən ərazisində hərbi fəaliyyətlər aparacaq bölmələrin sayının artırılmasına keçəcəyik”. Danışıqların gələcəkdə də heç bir nəticə verməyəcəyinə əmin olmaq üçün bundan da artığını gözləməliyikmi?

Göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsinin həllinin təkcə Prezidentin öhdəsinə buraxılması heç bir nəticə verməyib və gözlənilmir. Bu istiqamətdə istədiyimiz nəticənin alınması üçün Prezidentlə yanaşı, Milli Məclis qəti mövqeyini bildirməli, sözdən hərəkətə keçməli, Azərbaycan xalqı, xüsusilə də, öz yurd-yuvasından qaçqın və köçkün düşmüş soydaşlarımız bu prosesə cəlb edilməlidir. Nə qədər ki, buna nail olmayacağıq sülh danışıqları heç bir nəticə verməyəcək! David Tonoyana isə elə torayansayağı, ancaq “alovlu” cavab verilməlidir!

Teyyub Qənioğlu (Təkamül Partiyasının sədri)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam