Rusiyaya YOX deməyin zamanıdır-ŞƏRH
Nə qədər təhlükəli olsa da, Rusiya amilindən çəkinmək lazım deyil!
Yenixeber.org: Suriyada, Liviyada Türkiyə tərəfindən sıxışdırılan, Türk amilinə görə Yaxın Şərqdə və Şimali Afrikada "istəyinə" çata bilməyən Rusiya, bunun əvəzini Cənubi Qafqazda çıxarmağa cəhd edir. Heç kəsə sirr deyil ki, iyul ayının 12-də əzəli Azərbaycan ərazisində qondarılmış üzdəniraq Ermənistan "dövlətinin" Tovuz rayonu istiqamətində sərhədlərimizə təcavüzünün arxasıda Rusiya dayanır. Məqsəd isə aydındır. Rusiya Azərbaycanı Türkiyə ilə birləşdirən strateji neft, qaz kəmərlərini, dəmir yolunu Ermənistan vasitəsilə nəzarətə almaq istəyir. Təcavüz günlərində və ondan sonra da Rusiyanın təcili surətdə Ermanistana küllü miqdarda silah göndərməsi və bu prosesin davam etməsi bir daha sübüt edir ki, 12 iyul təcavüzünün arxasıda məhz Rusiya dayanır. Məhz Rusiyaya arxalanan Ermənistannın və nə qədər gülməli olsa da, çırtdancığaz qondanrma "dağlıq qarabağ respublikası"nın faşistpərəst rəhbərləri son günlər müharibə ritorikasına üstünlük verirlər, Azərbaycanı yeni müharibə ilə hədələyirlər, ciddi şəkildə müharibəyə hazırlaşırlar, eyni zamanda it kimi qorxurlar! Hürürlər, "qorxuzurlar", eyni zamanda qorxurlar və quyruqlarını bülayırlar! Hər şeydən göründüyü kimi, erməni faşistləri Rusiyanın vasitəsilə işğal etdikləri və yenə də Rusiyanın himayəsi ilə əldə saxladıqları ərazilərimizi sülh yolu ilə azad etmək fikrində deyillər. Biz isə indiyədək, bəlli səbəblərdən, Rusiyanı strateji müttəfiq adlandırırıq !(?) Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin iyul hadisələrindən dərhal sonra RF Prezidenti V.Putinə etiraz zəngindən sonra düşünmək olar ki, dövlətimiz Rusiya ilə münasibətləri yenidən nəzər keçirmək niyyətindədir və bu alqışlanmalıdır! Son günlər baş verən hadisələr bir daha göstərdi ki, Azərbaycanın bir nömrəli və sona qədər arxalana biləcək strateji müttəfiqi qardaş Türkiyəmizdir! Ona görə də Türkiyə ilə bütün sahələrdə, xüsusilə hərbi sahədə, əməkdaşlığımızı gücləndirməliyik. Bir məsələ təmamilə aydındır: işğal edilmiş ərazilərimizi yalnız hərb yolu ilə azad edə bilərik və bunu da edəcəyik! Ona görə də, hesab edirik ki, nə qədər təhlükəli olsa da, Rusiya amilindən çəkinmək lazım deyil! Azərbaycanın strateji mənafeyi yavaş-yavaş, ancaq çəkinmədən, mərhələlərlə Rusiyadan aralanmağı, hərbi sənayemizi sürətlə inkişaf etdirməyi, bu sahədə qardaş Türkiyə və Pakistanla əlaqələrimizi gücləndirməyi tələb edir. Bunun müəyyən zamana ehtiyacı vardır. Ancaq inanırıq ki, bu zaman uzaqda deyil!
Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri