Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlətin gücü düzgün idarə olunmasındadır


 

Ali məsul şəxslərə inam itir

"Xeberinfo.com":  Dövlətin yeraltı və yerüstü sərvətləri nə qədər bol olsa da məhsuldar texnoloğiya olmadan və  ətraf qonşuları ilə sülh şəraitində yaşamadan onun iqtisadiyyatı inkişaf edə bilməz. Rusiya Fedarasiyası televiziya verilişlərində uzun müddət Yer kürəsindəki neft və qaz ehtiyatları üzrə birinci sırada  olduğunu nümayiş etdirirdi. Onlar fikirləşmək istəmirdilər ki, həmin yeraltı sərvətlərin xaricə çıxarılıb satılması üçün sərvətlərin özü dəyərində də əlavə xərclər və boru kəmərləri ilə yanaşı sifarişçi də lazımdır. Onlar enerji daşıyıcılarından ehtiyacı olanlara qarşı daim dəyənək kimi istifadə edirdilər.

İndiki dönəmdə nəticə göz qabağındadır. ABŞ öz neft ehtiyatlarına tətbiq etdiyi 44 illik embarqonu ləğv edib və bir barel neftin qiymətini təqribən 60 dollara və bundan aşağı qiymətə qədər də ucuzlaşdıra bilibdi.  

Rusiya dövlətinin neft dəyənəyi-zorakılıq siyasəti ona baha başa gəlib. ”Xəbərinfo.com” saytı (05.03.2015-ci il) xəbər verir ki,  Rusiya  Fedarasiyasının ehtiyat fondu  2009-cu ilin fevral ayında 137.3 milyard dollar, Rifah Fondunun ehtiyatı 93.3 milyard dollar məbləğində olduğu halda, bu ilin fevral ayında Rusiya Fedarasiyasının ehtiyat fondu 85 milyard dollar , Milli Rifah Fondunun  ehtiyatı 73.6 milyard dollara qədər azalıb. Rəqəmlərdən göründüyü kimi RF-nin ehtiyat fondu 52 milyard, Milli Rifah fondunun ehtiyat fondu 20 milyard dollar azalmışdır.

Bəs RF-nin zəifləməsinin, maliyyəsinin bu kökə düşməsinin səbəbləri nədir?

İ.V.Stalinin qadağan olunmuş vəsiyyətində deyilir: “ Mən tək başınayam. Rusiya böyük ölkədir, ətrafda isə bir nəfər də düz əməlli adam yoxdur... Yaşlı nəsil xirtdəyəcən sionizmə yoluxublar, bütün ümidlərimiz gənclərədir...Yadda saxlayın, dünyaya güclü Rusiya lazım deyil, heç kim bizə kömək etməyəcək, ancaq öz gücümüzə arxalanmalıyıq.

Rus Ordeninin vəzifələri:

-İdarəedici elitada öz kadrlarımızı yaratmalıyıq;

-Vətənpərvərliyi,  tarixi həqiqətləri təbliğ etməli;

-Rusiyada ola biləcək mason və sionizm təsirinə qarşı mübarizə...”.

İ.V.Stalin dünyasını dəyişəndən sonra hakimiyyətə özbaşına qərarlar qəbul edən  N.S Xruşşov gəldi. O, özündən əvvəlkinin vəsiyyətinə əməl etmək əvəzinə onunla keçmiş ədavətlərini çözməyə başladı. Keçmişdən qalan, dövlətin iqtisadiyyatını idarə edilməsini bacaran A.N.Kosigin və N.K.Baybakov kimi  səviyyəli

kadrlardan sonra dövlətin iqtisadiyyatını idarə edə biləcək ali səviyyəli   şəxsiyyətlər yetişmədi.

L.İ.Brejnevdən sonra hakimiyyətə gələn DTK-nın keçmiş rəhbəri Y.V. Andropov  ittifaqın  iqtisadçı alimləri olan Şatalini və Aqanbekyanı başıxarab adlandırırdı. 

Nəhayət kapitalizmi quruluşuna keçmədən feodalizmdən sosializmə, bu ictimai qruluşu başa çatdırmadan xəyali  kommunizm quruculuğuna hoppanan rus imperiyası keçən əsrin 90-cı ilində darmadağın oldu.

Yeri gəlmişkən əsaslı bir faktı xatırlamaq yerinə düşər. SSRİ kimi İmperiyasını çökdürmək üçün ABŞ-n prezidenti ətrafına topladığı dərin dərrakəli insanların məsləhətlərini eşidərək müxtəlif variantlardan istifadə edib. İmperiyanın Avropaya çatdırmaq istədiyi neft və qaz boru kəmələrinin əleyhinə olan ABŞ “Farevell” əməliyyatının həyata keçirilməsi və həmin kəmərlərin darmadağın ediməsində (1989-cu il) Corc Buş, MKİ-nin direktoru Uilyam Keysi, Federal Təhqiqat Bürosunun rəhbəri Uilyam Uebter, Milli Təhlükəsizlik Agetliyinin direktoru Bobbi İnmen və burada çalışan təcrübəli analtik Qas Vays əlbir işləyərək Kremlin DTK-sını aldadaraq ona  üstün gəlmişlər.

Bu gün RF-nı və onun iqtisadiyyatını idarə edib əvvəldən axıra kimi bütün fəaliyyətlərində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə uduzan cırtqoz DTK idarə edir.

Bəs bizim gənc respublikamızda xüsusilə iqtisadiyyatının idarə edilməsində iştirak edənlər kimlərdir və onlar dövlətin xeyrinə əlbir işləyirlərmi? Məlum olduğu kimi AMB İdarə Heyətinin 21.02.2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının  məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Bu və ya digər formada qərar verilməli idi. Ona görə ki, biz ətrafımızda olan qonşu dövlətlərdən təcrid olunmuş vəziyyətdə işləyə və yaşaya bilməzdik. Yaşadığımız Yer kürəsində sabit bir vəziyyət yoxdur, hər bir vəziyyətlə yanaşı dolların da məzənnəsi dəyişəndir. Təkrarən qeyd edirəm ki, həmin qərar qəbul ediləndə Prezident Aparatı, Milli Məclis və Azərbaycan Mərkəzi Bankı ilə yanaşı İqtisadçı ekspertlər bir masa arxasında əyləşməliydilər ki, optimal variant qəbul olunsun və valyutaların məzənnələrinin artıb azalması  əhali arasında ajiotaj yaratmasın.

Cox təəssf ki, valyutaların məzənnələrindəki vəziyyətlə əlaqədar olaraq həmin məzənnələrə məsul olan şəxslər susduqları halda,  dövləti vəzifələrindən azad olunmuş falabaxan iqtisadçı- ekspertlər saytlarda meydan sulayırlar və 2015-ci ildə Azərbaycanın iqtisadi vəziyyətinin ağır olacağı barədə haray-həşir salırlar.

Hamı çıxışlarında günahkar axtarır, Mərkəzi Bankı tənqid atəşinə tutur. Samballı təklif isə ortaya çıxmır. Ən böyük günahkarları-  oliqarxları da heç kim görmür, yaxud görmək istəmir. Oliqarxlaşmaya şərit yaradılmasaydı bu hadisələr də sürətlə baş verməz və dövlətin maliyyə ehtiyatı daha çox ola bilərdi. Belə bir ifadə işlənir ki,o dövlət güclü olur ki, varlı sahibkarları var.

Saytlar vasitəsilə  məlumat da sızır ki, oliqarxlar yığdıqları  valyutanı ölkənin məsul şəxsləri vasitəsilə xaricə ötürürlər. “Xəbərinfo.com” saytı (05.03.2015-ci il) Dia.az-a əsalanaraq belə bir məlumat yayıb ”Oliqarxların varidatını xaricə kim daşıyır”. Sayt yazır: “ Fevralın 2-ci ongünlüyündən başlayaraq manatın dollara nisbətdə kəskin şəkildə çökməsi ölkəni əməlli-başlı silkələdi. Ölkə iqtisadiyyatının yaşadığı şokdan xeyir götürmək imkanı qazananlar bu xidmətə görə, ilk növbədə Mərkəzi Bankın məsul şəxsinə və eyni dərəcədə Uçaq başqanına minnətdar olmalıdır. Məlumat var ki, AMB manatımızı gözləyən “zəlzələ” barədə oliqarxlara zəruri informasiyalar ötürməkdə canfəşanlıq nümayiş etdiribsə, Uçaq sahibi həmin adamlara məxsus valyutaların yük Uçaqları vasitəsilə xaricə ötürülməsində son dərəcə cəfakeşlik sərgiləyib”.  Zəhmətlə qazanmayaraq xalqdan, dövlətdən valyuta çırpışdırıb onu da xaricə ötürən gədələrə yol göstərmək, vərəsəlik etmək hökumətə, xalqa xəyanət etməkdir.

Xəyanət isə heç vaxt cavabsız qalmır.

 “Tükənirəm axı” cıxışımda “Bir sıra qüsurları olmasına baxmayaraq” ifadəsini işlətməklə AMB-nın banknot çap edən “OeBS” şirkəti ilə əlaqəsinə işarə vururdum. Həmin məlumat “Yeni xəbərinfo” saytında 30.03.2014-cü il tarixdə verilmişdir. İşi üzrə hüquq və vəzifələrini anlayan  ali səviyyəli məsul şəxs ikinci dəfə bilə-bilə səhvə yol verirsə cəzadan yaxasını qurtara biləcəkmi?

Milli təhlükəsizlik məsələləri ilə məşğul olanlar yəqin pərvazlanan dəmir göyərçinlər vasitəsilə  yaşilların sağ-salamat xaricə ötürülməsinin qayğısına qalmağı daha üstün tutublar.

 Axı, Hacı Zeynalabdin Tağıyev halal zəhmətlə qazandığının sahibi olmadısa bizim oliqarxlar haram yollarla əldə etdikləri  valyutaların sahibi ola biləcəklərmi?  Ofşor zonalar isə respublikanın patentli oliqarxlarının əlindən zara gəlib. Sırf maliyyə sahəsində bu formada idarə etmə üsulu ilə dövlət güclü ola bilərmi?  Kimə inanıb  etibar edəsən.

Millət vəkili Vahid Əhmədov təcrübəli bir mütəxəssis kimi həmin məzənnələrə öz münasibətini bildirib. Bəs AMB tərəfindən yeridilən pul-kredit siyasətinə  Milli Məclisin İqtisadi Siyasət Komissiyasının Sədri  akademik İqtisad elmləri doktoru Ziyad Səmədzadə nə səbəbə öz münasibətini bildirməyib? Axı qiymət, məzənnə oyuncaq deyil. Həmin iqtisadi kateqoriyalar istənilən halda ən güclü dövləti belə çökdürə bilər.Yaxşı olardı ki, Ziyad Səmədzadə MM-dəki vəzifəsini könüllü olaraq sözünü bir başa ünvana yönəltməyi,  fikrini konkret və yığcam formada deməyi bacaran Vahid Əhmədova versin.

Qiymətlərin fevral ayının 20-sinə kimi sabit qalması  üçün Respublika hökumətinin büdcədən milyard dollarla vəsait xərcləməsi vətəndaşlarımızın güzəranının yaşılaşmasına köklü müsbət təsiri  olsa da, bunu illərlə davam etdirmək mürəkkəb məsələdir. Görünən fakt budur ki, respublikanın maliyyə ehtiyatı   azalmağa doğru istiqamət götürübdür.Yaşaya-yaşaya görmüşük ki, yaşayış vasitələrinin dəyərinin bahalaşmasının qarşısını almaq qeyri mümkündür. Vətəndaşlarımızın maddi vəziyyətinin pisləşməsinin qarşısını almaq və büdcə vəaitinə qənaət etmək üçün əvvəlki çıxışlarımda təkliflərimi vermişəm. İndi isə bir sıra yeni təkliflərimi verirəm:

1.Həyat əhəmiyyətli –Atom Elektrik Stansiyasının yaradılmasını, Metro xətlərinin cəkilişini, yeni yaşayış massivlərinin və məktəblərin inşaasını, Müdafiə Sənayesi və hərbi tıyinatlı müasir silah-sürsatların istesalına çəkilən xərcləri çıxmaq şərtiylə (əgər maliyyə ehtiyatı bəsincə  varsa) qalan bahalı layihələrin həyata keçirilməsi ləğv olunsun;

2.Yaradılmış və yaradılacaq Damazlıq Təsərrüfatlar hökumətin rəsmi qaydaları ilə hesablaşmayan Bölgə (rayon) İcra Hakimiyyətlərinin idarəçiliyindən azad edilib Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilməklə həmin təsərrüfatlarda təftişlərin aparılması qəti qadağan olunsun;

3.Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün büdcədən dotasiya verilməsi davam etdirilsin.

Respublikanı idarə edənlər! Televiziya verilişlərində saysız çal-çağrla və oradakı sürtük aparıcıların yüngül hərəkətləri-dingildəmələriylə, iqtisadçı-ekspertlərin rəqəm bolluğuyla, bahalı ideyalardan söz açmaqla, nəhayət zorakılıqla bahalaşmanın qarşısını almaq mümkünsüzdür.Mümkünsüzlyü aradan qaldırmağın üç yolu var:1.Yaradıcı alimlərin qayğısına qalmaq, 2.Daxili və xarici bazarlarda rəqabətə davamlı daxili məhsullar istehsalını maksimum həddə qaydaya salmaq və 3.Oliqarxlaşmanı kökündən ləğv etmək. Bunlarla yanaşı dövlət quruculuğunda Yaponiyanın, Sinqapurun və Almaniya Fedarativ Respublikasının təcrübəsindən istifadə etmək lazımdır.     

 

07  mart 2015-ci il

Quliyev Elxan Sarı o.         

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam