Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Neft 10 dollar da ucuzlaşacaq

Dünya Bankı (DB) ekspertləri İrana qarşı sanksiyaların ləğv edilməsindən sonra neft qiymətlərinin bir barelə görə gələn il üçün proqnozlaşdırılan qiymətdən 10 dollar da aşağı olacağını düşünürlər.

 

Xeberinfo.com:   Xarici KİV-ə istinadən xəbərə görə, İranla ticarət əlaqələrinin bərpa olunmasından ən çox Avropa İttifaqı, Çin, ABŞ, Hindistan və Türkiyə udacaq. 


DB-nin proqnozlarına əsasən, İrana qarşı sanksiyaların ləğv olunmasından sonra dünya bazarlarına çıxarılan neftin həcmi gündəlik 1 milyon barel artacaq. DB ekspertləri İranın neft bazarına qayıtmasından sonra 2016-cı ildə bir barel üçün proqnozlaşdırılan qiymətin 10 dollar (66 dollardan 56 dollara) da aşağı düşəcək, ki, bu da neft istehsal edən ölkələrin büdcələrinə neqativ təsir edəcək. 

İddia edilir ki, Səudiyyə Ərəbistanın gəlirləri 40 milyard dollar, Liviyanın isə 5 milyard dollar azalacaq. İranın özü isə mövcud vəziyyətdə gəlir əldə edəcək. 

DB ekspertləri, həmçinin İrana qarşı sanksiyaların ləğvindən sonra ölkəyə birbaşa investisiyaların sayının əhəmiyyətli dərəcədə artacağını bildirir. Artıq 2016-2017-ci illərdə bu investisiyaların həcmi 3-3,2 milyard ola bilər ki, bu da hazırkı göstəricidən iki dəfə çoxdur. Bu arada İran rəhbərliyinin qiymətləndirilməsinə əsasən ölkənin neft-qaz sektoruna 2020-ci ilə qədər 130-145 milyard dollar yatırılmalıdır. 

DB-nin hesabatında vurğulanır ki, neft-idxal edən ölkələr dünya bazarlarında neftin aşağı düşməsindən deyil, həm də İranla ticarət əlaqələrinin bərpa olunmasından udacaq. İranla əlaqələrin bərpa olunmasından ən çox ABŞ, Aİ, Çin, Hindistan, Türkiyə, həmçinin Səudiyyə Ərəbistanı udacaq. İranla əlaqələrin bərpa olunmasından Rusiya da qazana bilər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam