Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -Füzulidə (FOTOLAR)

Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -

 

Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, yerlərdə sahibkarlara əlverişli şərait yaradılması barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. 

Yenixeber.org:  Rayonda görülən işlər, həyata keçirilən tədbirlər ölkə başçısının məhz bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yeni iş yerləri açmaları, yerli istehsalı artırmaları üçün şərait yaradılır. Füzuli rayonunda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, rayonun ən böyük yaşayış məntəqələrindən olan Böyük Bəhmənli kəndində sahibkar tərəfindən şəxsi vəsait hesabına şadlıq evi tikilib. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev şadlıq evinin açılış mərasimində iştirak etmişdir. Alı Alıyevə məlumat verilib ki, ümumi sahəsi  2 hektar, tikinti sahəsi 800 kvm, 650 nəfər tutumu olan şadlıq evi Böyük Bəhmənli kənd sakinləri ilə yanaşı rayonun digər yaşayış məntəqələrindən olan əhaliyə də xidmət edəcəkdir. Şadlıq evi ən müasir dizaynla inşa edilib, ərazisində 500-dək ağac və gül kolları əkilib, abadlıq işləri görülüb. Obyektdə ilkin mərhələdə 35 nəfər işlə təmin olunması nəzərdə tutulub.

Alı Alıyev açılış mərasimində Prezident cənab İlham Əliyevin respublikada iş adamlarına, sahibkarlara yaratdığı şəraitdən danışıb. Bildirib ki, hazırda yüzlərlə şəxs Füzuli rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.

Alı Alıyev bir daha respublikanın hansı bölgəsindən olmasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını Füzuli rayonuna dəvət edib.

Kənd sakinləri füzulililərə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -
Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -
Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -
Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -
Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -
Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -
Sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir -

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam