Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Füzuli rayon İcra Hakimiyyəti iş adamlarını rayona dəvət edir


 

Xeberinfo.com:  Prezident cənab İlham Əliyev “Regionları Sosial-iqtisadi inkişafı Dövlət proqramının 2014-2018-ci illər) ikinci ilinin yekunlarına həsr olunmuş konfransda respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması, yerli istehsalın artırılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Rayonda görülən işlər, həyata keçirilən tədbirlər məhz ölkə başçısının bu sözlərinə uyğun aparılır, sahibkarların daha da yaxşı işləmələri, yerli istehsalı artırmaları üçün şərait yaradılır.

Ölkəmizin iqtisadi inkişafı sahibkarların gördükləri işlərdən çox asılıdır. Sahibkarlığın inkişafına göstərilən qayğı Füzulidə də özünü göstərməkdədir. Füzuli rayonunda sahibkarların fəaliyyəti, onların sərbəst işləmələri üçün heç bir maneə yoxdur, əksinə onların Füzuliyə gəlmələri, burada sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır.

Füzuli aqrar rayondur. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, şəkər çuğunduru, pambıqlıçılıq, bostan məhsulları və digər sahələrdə yerli istehsalın artılması, sahibkarlıq fəaliyyəti üçün əlverilşi şərait vardır. Rayonda sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda onlarla şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər. Strateji məhsul olan taxılçılığın inkişafına ayrılan xüsusi diqqətin nəticəsidir ki, artıq beşinci ildir ki, Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır və taxıl istehsalçılarımız bu il 111,2 min tondan çox taxıl istehsal ediblər. Bütün bunlar isə rayonda kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara yaradılan şəraitin, dövlət tərəfindən onlara ayrılan subsidiyaların ədalətli, şəffaf verilməsi nəticəsində mümkün olmuşdur.

     Füzuli rayon İcra Hakimiyyəti bir daha sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən iş adamlarını rayona dəvət edir, onları rayonda fəaliyyət göstərməyə, yerli istehsal müəssisələri yaradaraq sahibkarlıq fəaliyyətlərini genişləndirməyə, füzulinin yenidən qurulmasında fəal iştirak etməyə çağırır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam