Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

10 milyon manatdan çox investisiya qoyulub-Füzuliyə

10 milyon manatdan çox investisiya qoyulub-

 

 

 

Yenixeber.org: Prezident cənab İlham Əliyevin respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqları cəbhə bölgəsində yerləşən Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində iş adamlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, yeni iş yerləri yaradaraq rayonun inkişafına təkan vermələri üçün hər cür şərait yaradılır. Rayonda sahibkarlığın inkişafına yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Təkcə 2017-ci ilin 11 ayı ərzində iş adamları tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Füzuli rayonuna 10 milyon manatdan artıq investisiya qoyulmuş, kənd təsərrüfatının, yerli istehsalın inkişafına xidmət göstərən tədbirlər həyata keçirilmiş, özəl sektorun çəkisi artırılmışdır.  Hesabat dövründə iş adamları tərəfindən rayonda 2700 ha ərazidə Aqropark yaradılmış, 4 iri taxılçılıq təsərrüfatı, həmçinin böyük toxumçuluq təsərrüfatı, 10 ha ərazidə istixana kompleksi yaradılmış, kənd təsərrüfatı məhsullarının satış yarmarkası tikilmişdir. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, yeni iş yerləri açıb, sahibkarlıq fəaliyyətlərini genişləndiriblər.

Füzuli rayonunda həyatın bütün sahələrində qazanılan uğurlar, əldə edilən nailiyyətlər cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan füzilililərin dövlətimizin qüdrətinə, Cənab İlham Əliyevə olan inamından irəli gəlir. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam