Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Dövlət qurumunun əməkdaşlarından koronavirus testi bu qiymətə götürülür –QALMAQAL

“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (“DOST Agentliyi”) Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Referans Klinik Labaratoriya Mərkəzi” MMC olub.
Yenixeber.org: "Referans Klinik Labaratoriya Mərkəzi” MMC COVİD-19 xəstəliyinə səbəb olan virusun müəyyənləşdirilməsi məqsədilə “DOST Agentliyi” əməkdaşlarının test müayinəsindən keçirilməsi işlərini həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün “DOST Agentliyi” "Referans Klinik Labaratoriya Mərkəzi” MMC -yə 43 min 966 manat 80 qəpik ödəyəcək.
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli Fərmanında göstərilir ki, DOST Agentliyinin aparatının işçilərinin say həddi 312 ştat vahididir. Bu isə o deməkdir ki, bir nəfər üçün COVİD-19 testinin qiymə 141 manat təşkil edir.
Qeyd edək ki, "Referans Klinik Labaratoriya Mərkəzi” MMC-nin adı bir qədər əvvəl mətbuatda “Covid-19” testindən keçən vətəndaşa səhv nəticə təqdim etməsilə gündəmə gəlib. Belə ki, "Referans Klinik Labaratoriya Mərkəzi” MMC test nəticəsi pozitiv olan şəxsə nəticənin neqativ çıxdığını bildirib. Bu səbəbdən də vətəndaş xəstə olduğu halda gündəlik həyatına normal şəkildə davam edib və digər insanların da həyatını təhlükəyə atıb.
Daha sonra "Referans Klinik Labaratoriya Mərkəzi”ndən açıqlma verərək bildiriblər ki, bu əməkdaşın səhvi nəticəsində baş verib. Eyni zamanda "Referans”da aparılan testlərin məhdudlaşdırıldığı barədə açıqlma da veriblər.
Onu da bildirək ki, aparılan testlərin məhdudlaşdırıldığını bildirən "Referans Klinik Labaratoriya Mərkəzi” bir ay əvvəl Ərazi Tikinti-Planlaşdırma Mərkəzilə də 89 min 916 manat dəyərində analoji müqavilə imazalayıb.
Məlumat üçün bildirək ki, "Referans Klinik Labaratoriya Mərkəzi” MMC 14.10.2014-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nərimanov rayonu, M. Məmmədzadə ev 8A ünvanında qeydiyyatda olan MMC-nin qanuni təmsilçisi Mirzəyev Aqil Əlövsət oğludur.
"Referans Klinik Labaratoriya Mərkəzi” MMC  eyni zamanda “Baku Bus”un sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərini həyata keçirəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün “Baku Bus” "Referans Klinik Labaratoriya Mərkəzi” MMC -yə 480 min 24 manat ödəyəcək.
(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam