Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Nazirlik vəd versə də,məsələ hələ də öz həllini tapmayıb"


Bir neçə gün əvvəl ehtiyatda olan kapitan Məmməd Quliyevin səhhətinin ağır olması barədə məlumat vermişdik.
Yenixeber.org: Sözügedən problem işıqlandırıldıqdan sonra Müdafiə Nazirliyindən məsələyə reaksiya verildi. Belə ki, Nazirliyin nümayəndələri və Silahlı Qüvvələrin Baş Klinik Hospitalının həkimləri 18 il vətənə xidmət etmiş zabit Məmməd Quliyevin evində oldular.
Müdafiə Nazirliyinin zabiti polkovnik Aydın Əyyubov 2013-cü ildə ordu sıralarından tərxis olunan və ağır xəstəlikdən əziyyət çəkən hərbi qulluqçunun ailəsinə maddi yardım və zəruri ərzaq yardımı edib.
Bundan başqa Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən Məmməd Quliyevin ailəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacağı bildirilib.
Məsələni nəzarətdə saxlayaraq zabitin həyat yoldaşı Aytac Quliyevadan mövcud vəziyyəti maraqlandıq. O bildirdi ki, həmin gündən sonra nə zəng vurub maraqlanan, nə də ziyarət edən olub:
“Ayın 8-i gəldilər, video çəkiliş də etdilər. Həkim müayinə etdi, yarasını sarıdı. Yarasını sarıdıqdan sonra dedi evdə müalicə etmək mümkün olmayacaq. Polkovnik Aydın Əyyubov problemin nə olduğunu soruşdu. Mən də ən birinci yoldaşımın xəstəxanaya yatızdırmalı olduğunu dedim. İkinci problemimiz isə ipotekadır. Bizə dedilər ki, bununla bağlı nazir və müavininə məsələni məruzə edəcək və cümə gününə kimi bir xəbər deyəcəklər. Yoldaşımın səhhəti ilə bağlı yardım ediləcəyi deyildi. Bizə 2000 manat məbləğində pul və ərzaq yardımı etdilər. Düşünürəm ki, bununla bizi sadəcə yola verdilər, yoldaşımı heç xəstəxanaya da yatızdırmayacaqlar. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edəcəklərini deyiblər. Bizim yazılı müraciətlərimiz çox olub, həmişə də ƏƏSMN-ə ötürüblər. Bugünə kimi bizə heç bir kömək olunmayıb, olunsa idi yoldaşım bu vəziyyətə düşməzdi”.
Məsələni daha ətraflı araşdırmaq üçün Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı ilə əlaqə saxladıq. O bildirdi ki, ailəyə yardım göstərilib, bununla bağlı məlumat da verilib:
“Müdafiə Nazirliyinin mütəxəssisləri tərəfindən adıçəkilən ailə ilə bağlı qanun çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunacaq”.
Ailəyə ipotekanın həll olması və kapitan Məmməd Quliyevin xəstəxanaya yerləşdirilməsi ilə bağlı vəd verilsə də, məsələ hələ də öz həllini tapmayıb.

Ehtiyatda olan kapitan Məmməd Quliyevin səhhətinin ağır olması barədə hazırlanan videoreportaj: (Yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam