Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ordu üçün yeni ərzaq anbarları tikilib - FOTO+VİDEO

Ordu üçün yeni ərzaq anbarları tikilib - FOTO+VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti işləri davam etdirilir.
Yenixeber.org: Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Maddi-Texniki Təminat Baş İdarəsinin yeni ərzaq anbarlarının açılışında iştirak ediblər.



Müdafiə nazirinə inzibati və texniki ərazilərdə mövcud olan tikililər və inkişaf planı haqqında məlumat verilib. Bildirilib ki, burada quru ərzaq məhsullarının saxlanılması üçün soyuducu sistemlərlə təchiz olunmuş hər biri 500 tonluq bir neçə yeni anbar inşa edilib.



Bundan başqa Müdafiə nazirinə cəbhəboyu zonaya yaxın ərazilərdə də ərzaq anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə edilib. Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam