Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Balaca Ermənistanın böyük dərdi:Çernobıl təhlükəsi ilə üz-üzə

 

Azərbaycan və Türkiyədən fərqli olaraq İran...

Yenixeber.org: Ermənistanda 1976-cı ildə istismara verilmiş Metsamor atom elektrik stansiyasının gələcək taleyi uzun müddətdir ki, mübahisə mövzusuna çevrilib. Bəzi beynəlxalq strukturlar, o cümlədən də Avropa İttifaqı stansiyanın bağlanmasında və ya modernləşdirilməsində israr edir. Ermənistan enerjiyə olan tələbatını ödəmək üçün bu sahəyə ciddi sərmayə qoymalıdır. Bədnam qonşumuzun isə belə bir imkanı yoxdur. Ona görə də bu məsələ dönə-dönə Ermənistanda gündəmə gəlir. Ölkə qarşısında duran enerji problemini çözmək üçün müxtəlif variantlar təklif edilir.

“Armenian Weekly” nəşrində gedən “Energy in Armenia” (Ermənistanda enerji) yazısında bu problemin müxtəlif aspektləri vuröulanıb. Garen Yegparian-ın qələmə aldığı yazıda qeyd edir ki, Ermənistan Respublikasının enerji sahəsində düzgün yoldadır. Ölkə günəş, külək və hidro-elektrik yolla enerji almağa üstünlük verir.

Müəllif yazır ki, Ermənistanın karbohidrogen ehtiyatları yoxdur, ölkənin öz sərhədləri daxilində hasil edəcəyi enerji mənbələrindən danışmağa belə dəyməz. Üstəlik, Ermənistanın iki qonşusu 30 ildir ki, qanunsuz olaraq sərhədləri bağlı saxlayır. Azərbaycan əhəmiyyətli dərəcədə neft və təbii qaz hasil edir, Türkiyə isə neft və qaz üzrə tranzit marşrut olmaq üçün əlindən gələni əsirgəmir, eyni zamanda Aralıq dənizindəki yeraltı neft və qaz ehtiyatlardan istifadə etmək fikrindədir.

Ancaq Ermənistanın İran kimi qonşusu da var. Bu ölkə karbohidrogen hasilatında qlobal liderlərdən biridir və Rusiya da bu sahə üzrə qlobal oyunçu kimi tanınır. Rusiyanın göndərdiyi qaz və ya neft Gürcüstandan keçməlidir. Bu ölkədə isə vaxtaşırı problemlər yaşanır. Üstəlik, Azərbaycanda hasil olunan yanacaq Gürcüstanın ərazisindən keçir və bu isə rəsmi Bakıya Gürcüstana təzyiq imkanları yaradır. Lakin dünya karbohidrogen yanacağından asılılıqdan qurtulmağa çalışır.

Xoşbəxtlikdən Ermənistan kifayət qədər bol günəş, külək və su elektrik enerjisi mənbəyinə malikdir. Təmiz enerji mənbələrindən istifadə üçün infrastrukturun yaradılması məsələsi isə gündəlikdədir.

Metsamor atom elektrik stansiyasından bəhs etmədən Ermənistanda enerji ilə bağlı heç bir müzakirə tamamlanmır. Çoxdan köhnəlmiş bu stansiya modernləşdirmə yolu ilə ömrünü uzatdı, lakin tezliklə bu stansiya bağlanmalıdır. Xatırladaq ki, Metsamarilə Ukraynanın Çernobıl atom elektrik stansiyası eyni layihəyə malikdir. Çernobılda yaşanan faici hər kəsə bəlldir. Metsamor atom elektrik stansiyasının istifadə müddətini bir daha uzatmaqla bağlı söz-söhbətlər hələ də gedir. Bundan da pis olanı odur ki, yeni bir atom elektrik stansiyasının tikilməsi ilə bağlı müzakirələr də hələ ki, gündəmdən çıxmayıb. Atom elektrik stansiyasında baş verə biləcək qəzanın ehtimalı az olsa da, var. Ermənistan kimi kiçik bir ölkə üçün bu, yolverilməz seçimdir. Hələ radioaktiv tullantıların saxlanılması problemi də var. Ona görə də ən optimal yol atom elektrik stansiyasının təmiz enerji qaynaqları ilə əvəz olunmasından keçir.

Hazırda biri şimalda, biri cənubda iki yeni külək turbini quraşdırılır. Günəş elektrik stansiyası da hazır hesab oluna bilər. Başqa bir məsələ, Birləşmiş Ərəb Əmirliklərinə məxsus “Masdar” şirkəti ilə bir çox günəş enerjisi layihəsi üçün müqavilə imzalanıb. Almaniya-İtaliya konsorsiumu ilə günəş enerjisi istehsalına dair müqavilə yenidən müzakirə edildi və Dünya Bankı tərəfindən maliyyə ayrılıb.

Müəllif yazır ki, İran və Ermənistan arasında üçüncü, Gürcüstan və Ermənistan arasında qurulan dördüncü yüksək gərginlikli elektrik xətlərinin tikintisi enerji təchizatı məsələsində xüsusi rol oynayacaq. Təbii qaz İrandan Ermənistana daxil olur və ondan elektrik enerjisi istehsal edilir. Daha sonra isə həmin elektrik enerjisi İrana satılır. Bu, Ermənistanı elektrik enerjisi üçün tranzit bir ölkəyə çevirir. Beləliklə, yanacaq mənbəyi kimi karbohidrogenə ehtiyacın azalması ilə Bakının neft və qaz ixracındakı üstünlüyü və tranzit ölkə kimi Türkiyədən qaz və neft kəmərlərinin keçməsinin əhəmiyyəti Ermənistan üçün xeyli azalır. Və Ermənistan üçün elektrik enerjisini nəql edən elektrik xətləri daha böyük önəm daşıyır...(müsavat)

Elbəyi Həsənli, Sürix


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam