Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İran alternativ enerji ehtiyatlarını artırır - 19 yeni stansiya açılacaq

İran alternativ enerji ehtiyatlarını artırır. Belə ki, bu il 10 vilayətdə 19 alternativ enerjili elektrik stansiya istismara veriləcək.

Yenixeber.org: Bunu İranın Alternativ Bərpa oluna bilən Enerjilər və Elektrik Enerjisinin İstismarı Təşkilatının sözçüsü Cəfər Məhəmmədnejad Siqarudi deyib.

C.M.Siqarudinin sözlərinə görə, 19 layihənin ikisi külək turbinli elektrik stansiyası, biri kiçik su elektrik stansiyası, digəriləri isə günəş panelli elektrik stansiyalardır.

C.M.Siqarudi əlavə edib ki, Şərqi Azərbaycan vilayətində 50 meqavatlıq külək turbinli elektrik stansiyası istismara veriləcək. Bu stansiyaya təxminən 80 milyon avro investisiya yatırılıb və 240 nəfər işlə təmin olunacaq.

Onun sözlərinə görə, İranın "Mapna" şirkəti tərəfindən inşa olunan bu stansiyanın fəaliyyətə başlaması ilə ildə 89 min ton istixana qazının havaya atılmasının qarşısı alınacaq, 37 milyon ton təbii qaza və 28,5 min kubmetr suya qənaət olunacaq.

Təşkilat rəsmisi bildirib ki, bundan başqa, Cənubi Xorasan vilayətində 1 yeni günəş panelli və bir ədəd külək turbinli elektrik stansiyası istismara veriləcək. 1 meqavatlıq günəş panelli stansiyaya təxminən 800 min avro investisiya olunub və 30 nəfər işlə təmin olunacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam