Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ekspert:"Ermənistanda işıqların sönməsi Paşinyanın Rusiyadan uzaqlaşması ilə bağlıdır"

Son vaxtlar Ermənistan iqtisadiyyatına, o cümlədən enerji sektoruna Rusiya sərmayələrinin axını azalır.

Yenixeber.org: Bu barədə politoloq İlqar Vəlizadə Ermənistanda elektrik təchizatının dayandırılmasını şərh edərkən deyib.

“Yay mövsümündə elektrik şəbəkəsinin yüklənməsi məlum səbəblərdən artır. Yay fəslinin isti keçdiyi Ermənistana da bunu şamil etmək olar. Halbuki SSRİ-nin süqutundan sonrakı dövr ərzində bu ölkədə elektrik stansiyalarının gücündə mühüm dəyişikliklər baş verməyib. Təbii ki, yeni cərəyan istehsalı qurğuları də tikilərək istismara verilib, lakin elektrik təchizatındakı əsas amil olaraq Sovet dövründə yaradılan avadanlıqlar qalır”, - deyən ekspert Ermənistan elektrik stansiyaları üçün ehtiyat hissələrinin son vaxtlaradək Rusiyadan tədarük olunduğunu da xatırladıb.

“Bütövlükdə Rusiyanın "Vahid Enerji Sistemi" SC Ermənistanın enerji şəbəkəsinə nəzarət edir. Ötən il hakimiyyətə Nikol Paşinyan gələndən sonra ölkədə, o cümlədən enerji sahəsində rusiyalı inhisarçıların kütləvi və ciddi yoxlamaları başladı. Məqsəd də onlara təzyiq göstərmək idi”, - deyə politoloq qeyd edib.

Bu gün Ermənistan iqtisadiyyatına, o cümlədən enerji sektoruna Rusiyadan sərmayə axınının azaldığına diqqəti yönəldən politoloq həmin vəsaitlərin əvvəllər çox vaxt enerji sistemindəki boşluqları təcili qaydada yamamaq üçün istifadə olunduğunu söyləyib.

 

İlqar Vəlizadə

Politoloq İlqar Vəlizadə

"Hakimiyyətə Nikol Paşinyan gələndən sonra ölkədə, o cümlədən enerji sahəsində rusiyalı inhisarçıların kütləvi və ciddi yoxlamaları başladı. Məqsəd də onlara təzyiq göstərmək idi".

 

İ.Vəlizadə bir neçə il əvvəl Samvel Karapetyanın başçılıq etdiyi “Tashir Group” tərəfindən Ermənistan elektrik şəbəkələrinin satın alındığını da xatırladıb: “S.Karapetyan Ermənistan elektrik şəbəkəsinin bütövlükdə yenidən qurulmasına milyard dollara yaxın vəsait qoymağı vəd etmişdi. Lakin S.Karapetyan Ermənistanı tərk edəndən sonra həmin layihə unuduldu, elektrik şəbəkələrinin yenilənməsinə bir qəpik belə xərclənmədi. Nəticədə də bu qəza meydana gəldi”.

Ötən gün Nikol Paşinyanla S.Karapetyan arasındakı görüşdə də enerji sisteminin yenilənməsi məsələsinin müzakirə ola biləcəyini qeyd edən politoloq bildirib ki, S.Karapetyanın öz adamları vasitəsilə Ermənistanın enerji sistemində hansısa təxribat törətməsinə dair fərziyyələr uydurmaq olar: "Lakin zənnimcə, burada hər hansı təxribatdan söhbət gedə bilməz. Ölkədəki elektrik təchizatının dayanmasının əsl səbəbi kimi Nikol Paşinyan hökumətinin Moskvadan uzaqlaşmasıdır".

Politoloq İlqar Vəlizadə: "Nikol Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda, o cümlədən enerji sahəsində rusiyalı inhisarçıların kütləvi və ciddi yoxlamaları başladı. Məqsəd də təzyiq göstərmək idi"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam