Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRK MEDİASI FƏLAKƏT ASTANASINDA:lirənin dəyərsizləşməsi qəzetlərin bağlanması və jurnalistlərin işsizlər ordusuna qatılmasını sürətləndirir

Ayla Qənioğlu

“Əl-Monitor”

 

Türkiyə ilə ABŞ arasındakı böhran türk mətbuatına gözlənilməz iqtisadi zərbə vurub. Xüsusilə hökuməti tənqid edən və artıq sağ qalmaq üçün mübarizə aparan bir ovuc qəzetə.

Yenixeber.org: Amerikalı pastorun həbsi ilə bağlı ikitərəfli gərginlik iyul ayının sonlarında yuxarı dırmanıb, nəticədə, Ankara ABŞ sanksiyaları ilə üzləşib. Türk lirəsinin dəyərsizləşməsi, bir çox sahələrdə ağırlaşan maliyyə böhranı idxal edilən malların qiymət artımı ilə müşayiət olunur. İdxal kağızından asılı mətbuat ən pis durumdakı sektorlardan biridir. Bəzi qəzetlər öz qiymətlərini qaldırıb, bəziləri isə dövriyyəni azaldıb və ya əlavələrini ixtisar edib. Kitab naşirləri də bənzər vəziyyətdədirlər.

Son dövrlərdə tirajı onsuz da azalmış mətbuat orqanları arasında böhran daha çox hökuməti tənqid edən qəzetlərin düşərgəsinə ağır zərbə vurur. Hökumətpərəst tərəfdaşlarından fərqli olaraq, bu qəzetlər dövlət və onun şirkətlərindən reklam dəstəyi almır.

Jurnalistləri həbs və məhkəmə prosesləri ilə üzləşən “Cümhuriyet” qəzeti ötən həftə qiymətini 2,5 lirəyə (0,41 dollar) qədər artırıb, “Sözcü” həftəsonu əlavələrinin nəşrini dayandırıb və qiymətini də xeyli qaldırıb.

“Aksam” qəzetinin Ankara nümayəndəsi Emin Pazarcı son bir neçə ildə sektorun ciddi maliyyə problemləri ilə üzləşdiyini deyir. “Əvvəllər qəzetlər öz tirajlarını artırmağı planlaşdırırdılar, lakin indi qiymətlərin yüksəlməsi şəraitində, bu, mümkün deyil. Buna görə də, jurnalistlərdən daha çox reklam işçisi cəlb edirlər. Son vəziyyət isə qəzetləri yaşamaq üçün yeni qənaət tədbirləri görməyə məcbur edəcək”.

“Aydinlik” ötən həftə üç nəşrini dayandırıb. Avqustun 21-də redaksiya qərarını açıqlayıb. “Dolların məzənnəsi ucbatından kağızın qiyməti üç dəfə bahalaşıb”, – deyən qəzet redaksiyası hökuməti müdaxilə etməyə çağırıb.

Üç günlük fasilədən sonra “Aydinlık”ın köşə yazarı Mustafa Pamukoğlu yazıb ki, bir ton qəzet kağızının qiyməti dekabr ayında təxminən 2000 lirə (325 $) olduğu halda, indi 5000 lirəyə (812$) çatıb. Türkiyə Rusiyadan il ərzində 500.000 tondan çox qəzet kağızı idxal edir. Yazar böhrana çarə kimi, reklamın müxtəlifyönlü qəzetlər arasında balanslaşdırılmasına çağırıb. “Dövlət bankları və qurumları, xüsusilə siyasi əqidələrdən asılı olmayaraq, reklamlarını ədalətli bölməlidir”.

“Aydinlık”ın digər köşə yazarı Tunc Akkoç isə yazıb: “Heç bir qəzet bu qədər xərcə tab gətirə bilməz. Bizə ya holdinq, ya da hökumət dəstəyi lazımdır”.

“Sözcü”nün köşə yazarı Rəhmi Turan da qeyd edib: “Dollarla bağlı kağız qiymətlərində artım, əlbəttə, “partizan qəzetləri” istisna olmaqla, bütün nəşrlərə təsir edib. Onların heç biri Ədalət və İnkişaf Partiyası hökumətinin dəstəyi olmadan yaşaya bilməz”.

Jurnallar da ağır ziyan görüb. Məsələn, bu ay “Arkeologiya” jurnalının yeni sayının dərci təxirə salınıb: “Bu şəraitində müstəqil nəşrin davam etdirilməsi mümkün deyil”.

Bəla məşhur satirik jurnal “LeMan”dan da yan keçməyib. 24 avqust tarixli “Twitter” mesajında jurnalın karikaturaçısı Tuncay Akgün dövlətin kağız istehsalçısı SEKA-nın illər əvvəl özəlləşdirməsini xatırladaraq yazıb: “İndi biz “LeMan”ı növbəti həftə necə çap etdirmək barədə düşünürük”.

Uğur Mumcu Araşdırıçı Jurnalistika Fondu oxucuları dəstək verməyə çağırıb və bununla birlikdə, 1993-cü ildə sui-qəsdə uğrayan tanınmış araşdırmaçı jurnalist Uğur Mumcunun kitablarını onların köməyi ilə çap etməyə çalışır.

Türk Naşirlər Birliyinin rəhbəri Kenan Kocatürk problemin əsasını SEKA-nın 2004-cü ildə özəlləşdirilməsində və kağız istehsal edən fabriklərin bağlanmasında görür. Çünki məhz bundan sonra kağız ehtiyaclarını ödəmək üçün Türkiyə idxaldan asılı olub.

Şimal-şərqdəki İzmit şəhərində yerləşən SEKA-nın köhnə fabriki hökumətyönlü “Yeni Şafak” qəzetinin sahib olan “Albayrak” qrupuna satılıb. Kocatürkün sözlərinə görə, Türkiyədə heç kim kitab kağızı istehsal etmir və bu malın da qiyməti durmadan artmaqdadır.

Keçən il “Albayrak” qrupu kağız istehsalını artırmağı planladığını açıqlayıb. Hər il 700 min ton kağız istehsal edən yeni zavodlar iki mərhələdə – 2018-ci ilin əvvəlində, ikincisi isə 2019-cu ilin əvvəlində fəaliyyətə başlamalıdır. Şirkət hələlik layihə barədə yenilik açıqlamır.

Qəzet böhranını asanlaşdırmaq üçün hökumətə çağırışlar hələ də cavabsız qalıb. Lirənin çökməsinə maneə törədə bilməyən iqtidar türk mətbuatını mətbu versiyadan imtina etməyə və internet versiyalarına keçməyə vadar edir. Güclü “Ciner” biznes qrupuna məxsus olan “Habertürk” artıq dözülməz xərclərə və reklam gəlirlərinin azalmasına istinadən, iyulun əvvəlində bunu edib.

Keçmiş jurnalist və indi CHP-li millət vəkili Utku Çakırözerin sözlərinə görə, böhran işsizlik səviyyəsi 30% olan media sektorunda 12 min nəfərin peşəsi ilə vidalaşmasına səbəb olub.

Türk Jurnalistlər Həmkarlar İttifaqının rəhbəri Gökhan Durmuş da bənzər açıqlama verib: son beş ildə təxminən 10 min jurnalist işini itirib.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam