Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Türkiyədən ABŞ-a "tərs sillə"- ABŞ Departamenti RİSKLƏRİ AÇIQLADI

 

Türkiyənin həmləsi ABŞ-ı uçuruma sürükləyir - ABŞ Departamenti RİSKLƏRİ AÇIQLADI

Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın ölkəsinə qarşı maliyyə sanksiyaları yürütməsinə bu ölkədən idxal edilən malların idxalında əlavə maliyyə öhdəliklərinin kəskin artırılması ilə cavab verib.

Yenixeber.org: ABŞ Ticarət Departamentinin sədr köməkçisi və Beynəlxalq Münasibətlər üzrə sədr Miron Brilliant Türkiyənin bu addımının ABŞ üçün ciddi risklər yaratdığını deyib.

O, verdiyi yazılı açıqlamada son dövrlərdə Türkiyə ilə ABŞ arasında baş verən hadisələrin hər iki ölkənin iqtisadi maraqlarını zədələdiyini və illərdir davam edən müttəfiqliyin risk altında olduğunu bildirib. Həmçinin, ABŞ-ın atdığı addımlar ticarət müharibəsində müttəfiqlərini özündən uzaqlaşdırıb və qlobal liderliyini sarsıdıb. İşçi, fermer və müəssisələrə zərər verib.

Departament rəsmisi qeyd edib ki, ABŞ və digər ölkələr arasında artan gərginlik bazarlara, Avropa banklarına və ən nəhayətində, Amerika iqtisadiyyatına batmaq riski yaradıb.

Qeyd edək ki, Türkiyənin ABŞ istehsalı olan bəzi məhsulların idxalında əlavə maliyyə öhdəliklərinin 100 faiz artırılmasına dair qərarı “Rəsmi Qəzet”də dərc edilib.

Qərara görə, Birləşmiş Ştatlardan alınan avtomobil, spirtli içki və tütün məmulatları da daxil olmaqla, müəyyən malların idxal rüsumları artırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam