Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ƏRDOĞANIN ELÇİLƏRİ VAŞİNQTONA YOLLANIB –pastor Bransonun həbsi və türk lirəsinin ucuzlaşması arasında əlaqə - TƏHLİL

Amberin Zaman

“Əl-Monitor”

 

Şimali karolinalı yevangelist pastor Endryu Bransonun həbsdə saxlanılması nəticəsində NATO müttəfiqləri arasında yaranan böhranı aradan qaldırmaqdan ötrü yüksək səviyyəli türk diplomatlar, hüquq ekspertləri və energetiklərindən ibarət heyətinin Vaşinqtona səfəri gözlənilir.

Yenixeber.org: Yeni təyin olunmuş xarici işlər nazirinin müavini Sedat Ünalın rəhbərlik etdiyi qrup avqustun 8-də ABŞ-a gələcək. Dövlət Departamenti bu xəbərlə bərabər, dövlət katibi Mayk Pompeonun türkiyəli vəzifədaşı Mevlüt Çavuşoğlu ilə telefonla danışdığını təsdiqləyib.

Siyasi qalmaqalın Türkiyənin kövrək iqtisadiyyatına təsirləri ilə əlaqədar avqustun 6-da türk lirəsi ABŞ dolları ilə müqayisədə 5% ucuzlaşıb. Prezident Rəcəb Tayyib Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Mahir Ünal bunun daha geniş qlobal iqtisadi qeyri-sabitlikdən qaynaqlandığını iddia edir.

Ünal deyib: “Türkiyə iqtisadiyyatı son dərəcə güclüdür. Onun maliyyə sektoru, bank sektoru çox güclüdür. Vətəndaşlar əmindir ki, hökumət problemi həll edir”.

Ancaq bir çox iqtisadçı bildirir ki, inflyasiya, cari defisit və xarici borcun kəskin artması ilə, Türkiyə Beynəlxalq Valyuta Fondundan (BVF) maliyyə yardımı tələb edə bilər.

Bəzi türk şərhçilərinin fikrincə, Bransonun həbsində rolu olan ədliyyə naziri Abdulhamit Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı ABŞ sanksiyalarına Ərdoğanın təəccüblü yumşaq mövqeyi onun gərginliyi daha da artmaqdan çəkindiyini göstərir. Ərdoğan sanksiyaları “hörmətsizlik” və “irrasional” tədbirlər adlandırıb.

Gündəlik “Hurriyet” qəzetinin yazarı Sedat Ergin iddia edir: “Türkiyə ilə ABŞ arasındakı strateji ittifaq və NATO tərəfdaşlığının qətiyyətli ideyalarını qəbul edən Ərdoğan əlaqələrin məhz bu təməl üzərində qurulmasını təklif edir”. Ergin, Ərdoğanın prezidenti Donald Trampdan yan keçərək bütün günahları Türkiyəni sanksiyaları təhdid edən ilk şəxsin Mayk Pensin üzərinə atdığını yazır.

Buna baxmayaraq, bu iddialar Türkiyənin Branson və digər ABŞ vətəndaşlarının niyə hələ də terror və ya casusluq ittihamı ilə həbsdə saxlamasını, xüsusən Ərdoğanın böyük səlahiyyətlərini nəzərə alaraq onları azad etmədiyini izah etmir.

Həqiqətən də, Qərb analitikləri Türkiyə məhkəməsində mühakimə edilən Bransonun azad edilməsi tələbi yerinə yetirilməyi təqdirdə, danışıqların uğuruna şübhə ilə yanaşırlar. Vaşinqtonun səbri incəlir, “Maqnitski Aktı”ına əsasən, Gülə və Soyluya qarşı qəbul edilən sanksiyalar da bunu göstərir.

“Əl-Monitor”a danışan “Bipartisan Policy Center”-in milli təhlükəsizlik proqramında baş mütəxəssisi olan Nikolas Danfort deyib: “Heyət göndərmək əvəzinə, Bransonu göndərə bilməzdilərmi?”

Daha sonra o qeyd edib: “Vaşinqtonla bütün döyüşlərdən sonra Ankara, Vaşinqtonu ən yaxşı şəkildə ona birləşdirəcək şeyləri baltalayır. Bu da türk iqtisadiyyatına çox zərər verən prosesdir. O, “Halkbank”la bağlı görülən tədbirlərdən birinə çevrilir”.

“Halkbank”a gəlincə, Danfort Türkiyənin ABŞ sanksiyalarından yayınması ilə əlaqədar gözlənilən bir milyard dollarlıq cəriməni nəzərdə tutur. Türkiyə bu cəzanın ləğvi qarşılığında Brasonun ekstradisiyasını vəd edib. Türkiyənin son anda sövdələşmədən niyə çəkildiyi tapmaca olaraq qalır. Media hesabatları göstərir ki, Ankara sonradan “Halkbank” əleyhinə araşdırmanın qapadılmasını istəyib.

Risklər üzrə “Teneo Intelligence” konsaltinq şirkətinin həmsədri Volfanqo Pikkoli “tweet”-ində yazıb: “Mən bir xarici işlər naziri müavininin başçılıq etdiyi türk heyətinin niyyətini var gücümlə anlamağa çalışıram. Branson azad olunmadan məsələ çox çətindir”.

Bransonun azad olunmasını təmin etmək üçün Ankara ilə rəsmi danışıqlar aparmış Cənubi Karolina əyalətini təmsil edən respublikaçı senator Lindsi Qraham bildirib ki, Tramp administrasiyası Türkiyəyə qarşı daha çox sanksiyanı nəzərdən keçirir. “Independent Mail”-də o açıqlayıb: “Bu gün həmin sanksiyaların həyata keçirilməməsini təmin etməliyik”.

Qraham, Branson da daxil olmaqla, həbsdə olan ABŞ vətəndaşları və Türkiyənin Rusiyadan “S-400” almasına görə “F-35” döyüş təyyarələrinin satışını dondurma layihəsi ilə əlaqədar qanun layihəsinə nəzarət edən Senatın alt komitəsinin sədridir.

Senator iyun ayının sonunda Ərdoğanla görüşüb və onunla yaxşı əlaqə yaratdığına inanır. Qrahamın da əli Trampa çatır və avqustun 5-də o, Nyu-Cersi şəhərindəki klubunda prezidentlə qolf oynayıb. Qrahamın böhranı həll etmək üçün etdiyi səylər də açıq-aydın şəkildə boşa çıxıb.

Türkiyənin hökumətyönlü mətbuatının başlıqlarına baxış böhran olmadığını göstərir. Onların heç biri lirənin dramatik enişini manşetə çıxarmayıb. Bunun əvəzinə, onlar ABŞ-ın Türkiyəyə qarşı qərəzini başlıqlara çıxarıb.

“Yeni Şafak” 2016-cı il hərbi çevriliş gecəsində sirli “Con” barədə hekayət dərc edib. Qəzetin iddiasına görə, bu, ABŞ-ın Türkiyədəki sabiq səfiri Con Bass və ya böyük ehtimalla, İncirlik bazasında yerləşən ABŞ qüvvələrinin sabiq komandiri polkovnik Con Uolkerdir.

Gündəlik “Star”ın xəbərinə görə, Bransonun ev həbsində olduğu İzmirdə CIA və “Mossad” casusları cəmləşir. “Ancaq narahat olmayın, türk polisi onların hər bir hərəkətini izləyir”, – deyə  qəzet oxucularına təskinlik verir.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam