Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Acınohurda ceyranlar təhlükə altındadır

2003-cü ildə yaradılan Qax Dövlət Təbiət Yasaqlığında ceyran, ayı, vaşaq, çöl pişiyi, qara kərkəs, sar, imperator qartalı, bəzgək kimi nadir sayılan heyvanlar yaşayır

Yenixeber.org: Qax Dövlət Təbiət Yasaqlığında yaşayan 71 baş ceyran daxil olmaqla ərazinin biomüxtəlifliyi məhv olma təhlükəsi qarşısındadır.
Bu barədə BBC News Azərbaycancaya aktivist Cavid Qara məlumat verib.
Onun sözlərinə görə, Acınohur çölü yarımsəhra zonasıdır və ərazinin 7500 hektarı bu il taxıl əkilməsi üçün ayrılıb.
O deyir ki, əkiləcək taxıl bir neçə ildən sonra ərazidə çox ciddi eroziya təhlükəsi yarada bilər və əkinçilikdə istifadə olunan dərmanlar biomüxtəlifliyi məhv edə bilər.
Cavid bəy "Onsuz da münbit olmayan torpaqda aparılan təsərrüfat işləri bir neçə ildən sonra öz-özünə dayanacaq, amma nəticə ağır olacaq" deyir.
"Orada bir ekosistem var, Acınohur, Axar-Baxar silsiləsi, Qanıq çay vadisi biomüxtəlifliyin zənginliyinə görə "Azərbaycanın Serengetisi" adlanır.
Orada Azərbaycanda ən zəngin vaşaq populyasiyası, çöl pişiyi, vəşi pişiklərin müxtəlif növləri və hətta ayı populyasiyası yaşayır", - Cavid Qara deyir
"Oranın əkinçilik üçün istifadəsi qeyri-mümkündür"
Torpaqşünas alim Amin Babayev deyir ki, həmin ərazidəki torpaqlar yovşan və kserofit bitkilərlə örtülüdür, bu ərazidə torpaq əmələgəlmə prosesi zəifdir və o torpaqlarda münbitlik aşağı səviyyədədir.
"Torpaqlarda nəmlik az olduğuna, biloloji canlıların zəif olmasına görə belə torpaqlarda bir neçə il dalbadal şumlanma, xüsusilə kotanla aparılan şumlama torpaq örtüyünün deqradasiyasına, nəticədə torpağın toza çevrilməsinə səbəb olur. Tozlaşmış qat mövsümü küləklər dövründə sovrulur, bu, səhralaşma adlanır. Əgər bu prosesin qarşısı alınmazsa o ərazilərdə təbii senozların deqradasiyası baş verər və biomüxtəliflik azala bilər", - Amin Babyev hesab edir.
Onun sözlərinə görə, belə nəticəni aradan qaldırmaq üçün böyük maliyyə vəsaiti və zəhmət tələb olunur.
Cənab Babayev deyir ki, "O ərazilər yarımsəhradır və oranın əkinçilik üçün istifadəsi qeyri-mümkündür".
Yasaqlıqda ekosistem dağılsa ceyranlar məhv ola bilər
"7500 hektar ayrılıb, amma həmin ərazilər deyil"
Qax Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elbrus Tağıyev təsdiq edir ki, Qax rayonunda kənd təsərrüfatı üçün 7500 hektar ərazi ayrılıb, amma ərazinin həmin yer olmadığını deyir.
"O ərazi müxtəlif sahibkarların icarəsindədir. Oranın bir hissəsi örüş yeridir, bir hissəsi əkin, bir hissəsi isə bağ üçün verilib. Həmin ərazidə verilməyib, amma yasaqlıq sahələri kənd təsərrüfatı üçün istifadə oluna bilər", - Elbrus Tağıyev söyləyib.
Torpağın təyinatı dəyişdirilib
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Eldəniz Həsənov deyir ki, əgər o torpaqlar kənd təsərrüfatı məqsədiylə istifadə olunacaqsa həmin torpaqların təyinatı dəyişdirilməlidir.
O, "Nazirlər Kabinetinin 9 fevral 2017-ci il qərarı ilə Qax rayonu ərazisində 1827 hektar qış otlağından Aqropark üçün ayrılıb. Bundan başqa, Qaxdan başqa torpağın təyinatı dəyişdirilməyib" deyir.
Cənab Həsənov bildirib ki, belə torpaqlar ayrıldıqda həmin ərazidə hazırlıq tədbirləri həyata keçirməklə torpağın təyinatı dəyişdirilə, əkin dövriyyəsinə keçirilə bilər. O deyir ki, "belə praktika mövcuddur, bu yaxınlarda Goranboyda prezidentin səfər etdiyi ərazidə də oxşar işlər həyata keçirilib".
Acınohur gölü ətrafında ceyran sürüsü
"...ortaq nəticəyə gələcəyik"
Ekologiya və Təbii Sərvətlər nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentinin direktor müavini Hikmət Əlizadə BBC News Azərbaycancaya həmin ərazidə taxılçılıq məhsullarının əkilməsinin planlaşdırıldığını və əkilərsə ceyranların yaşamına problem yaradacağını deyib.
"Bir neçə il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu, İDEA ictimai birliyi həmin ərazilərə ceyranları köçürdü. 6 il ərzində ora 49 ceyran köçürüldü və gözəl nəticəsi oldu, ceyranların sayı təbii artımla 71 baş olub", Hikmət Əlizadə deyir.
Hikmət bəy onu da əlavə edir ki, Qax yasaqlığının ərazisində kütləvi əkin işlərinin aparılması biomüxtəliflik üçün çox arzuolunmazdır.
"Bu, gələcəkdə ceyranların və digər heyvanların qidasının məhv olmasına gətirib çıxara bilər. Təcrübə göstərir ki, oxşar hallar olan ərazilərdə oranın heyvanları ya yavaş-yavaş məhv olur, ya da həmin ərazini tamamilə tərk edib gedir", - direktor müavini belə deyir.
Nazirliyin rəsmisi deyir ki, problemlə əlaqədar artıq müvafiq qurumlara müraciət olunub.
Hikmət Əlizadə "İqtisadiyyat dövlətin vacib sahəsidir, amma ətraf mühit, canlılar ondan da vacibdir, bu baxımdan biz düşünürük ki, müvafiq orqanlar aidiyyəti təşkilatlarla müzakirə edib ortaq nəticəyə gələcəyik" deyir.
O deyir ki, problemin həllinə nikbin yanaşır və çıxış yolu tapılacağına ümid edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam