Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bayılda sürüşmə təhlükəsi sovuşmayıb

Bayılda sürüşmə təhlükəsi sovuşmayıb
"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evləri dağılan və mənzilləri təhlükəli vəziyyətdə olan sakinlər əşyalarını ərazidən çıxarır. Küçə dar olduğu üçün əraziyə keçib mayakları quraşdıra bilməmişik"
Yenixeber.org: Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Qurum rəsmisi bildirib ki, sabah ərazidə geoloji işlərə başlanılacaq: “Çatlar olan divarlarda mayaklar qoyulacaq. Orada torpaq qatını görmək olmur, hər yer betondur. Sürüşmənin səbəbi texnogen yüklənmə, yamacın pilləvarı, çoxsaylı gəsilməsidir. Tökmə torpağın üzərində hələ Sovet dövründən evlər tikilib və onların da alt hissəsi narın qumlar olduğu üçün zaman-zaman yuyulub və çökmə tipli sürüşmələr baş verib”.

Ə.Qaralov qeyd edib ki, həmin ərazi sürüşməyə meyillidir: “Yamac texnogen amillər nəticəsində yüklənib. Orada hər zaman risk var, sürüşmə gözlənilir. Hadisədən bir neçə gün öncə vətəndaşların müraciəti olmuşdu və gedib əraziyə baxmışdıq, arayışlarımız da var. Buna uyğun olaraq ərazinin risk xəritəsi hazırlanıb”.

ETSN rəsmisi vurğulayıb ki, risk ərazisinə daxil olan evlərdə insanların yaşaması məsləhət bilinmir.

Qeyd edək ki, 2018-ci il may ayının 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. 20 fərdi ev təhlükəli ərazidədir. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam