Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İcra başçısı sahibkarlara problem yaradır

EnverAğsu rayonunda sahibkarlar ciddi problemlərlə üzləşib.

Xeberinfo.com:   Bu barədə rayon sahibkarları məlumat verib.

Bu sahibkarlar əsasən əkinçiliklə uğraşanlardır. Sahibkarlar deyirlər ki, hər il rayonda müqavilə ilə torpaq sahələri icarəyə götütüb taxıl və pambıq əkiblər. Əkin və yığıma görə isə prezident İlham Əliyevin sərəncamına uygun olaraq subsidiyalar alıblar. Amma, bu il taxıl biçini vaxtı rayon rəhbərliyi sahibkarlara ağır zərbə vurub. Belə ki, icra başçısı sahibkarlara xəbər göndərib ki, bu il onlara nə əkinə, nə də yığıma görə subsidiya verilməyəcək: “ Prezident İlham Əliyev ölkədə ərzaq təhlükəsizliyi ilə bağlı fermerlərə subsidiyaların verilməsini tapşırıb. Biz də həmin subsidiyalara görə taxılçılıqla məşğul oluruq ki, ölkədə buğda bolluğu olsun. Əsasən fermerlər taxılçılıqla məşğul olur. Hər hektar buğdaya gör 100 manat, arpaya görə isə 50 manat subsidiya alırdıq. Hər il olduğu kimi bu il də əkdik. Əkin vaxtı dedilər ki, subsidiyalar biçin vaxtı veriləcək. Biçin vaxtı isə icra başçısı Ənvər Seyidəliyev bildirdi ki, sahibkarlara subsidiya verilməsin. Səbəb isə həmin əkin sahələrinin bələdiyyə balansında olmasıdır. Yalnız şəxsi əkin sahələrinin subsidiyaları hesablandı. Təsəvvür edin ki, Ağsu rayonu üzrə 6 min hektar əkilmiş bələdiyyə torpağına subsidiya verilmir”. Sahibkarlar deyirlər ki, Ağsu rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev sahibkarlara deyib ki, guya bu qərar kənd təsərrüfatı naziri Heydər Əsədov tərəfindən verilən qərardır. Amma, icra başçısı sdahibkarlara konkret əsas göstərmir: “Kənd təsərrüfatı naziri bu barədə heç bir rəsmi sərəncam və ya qərar imzalamayıb. Amma, nazirə yaxın olan icra başçıları şifahi olaraq sahibkarlara zərbə vurur. Heydər Əsədov icra başçısı Ənvər Seyidəliyevin qohumudur. Həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da Ənvər Seyidəliyevin həm bacanağı, həm də bacısı oğludur. Sahibkarların subsidiyası da bu 3 məmurun birlikdə qurduqları planla kəsilib. Onların şifahi qərarı sahibkarları iflic vəziyyətinə salıb”. Sahibkarlar bildiriblər ki, məsələ ilə bağlı Prezident Administrasiyasına müraciuət ediblər. Müraciətə cavab gəlməyəcəyi təqdirdə onlar daha radikal addımlar atacaq.

azerbaycansaati.tv


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam