Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AĞCABƏDİNİN İCRA BAŞÇISININ "PAMBIQ PRİPİSKASI" HAZIRLIĞI

 

Yenixeber.org: "Qaçqınkom" sədri Əli Həsənovun ətrafında baş verən son hadisələr Şahin Məmmədovu da əndişələndirib

1976 - cı ildə “Xalq atası” Şərəf Rəşidovun rəhbərlik etdiyi Özbəkistanda geniş miqyaslı pambıq yığımına və pripiskaya start verilib. Həmin proses zamanı, kütləvi şəkildə pulsuz işçi qüvvələrindən geniş istifadə olunub. Fantastik planı yerinə yetirməyi bacarmayan insanlar pambıq kisələrinə daş və torpaq dolduraraq təhvil verirdilər. Briqadirlər isə, təhvil verilmiş pambığı hesabatda iki və ya üç dəfə artıq rəqəmlə qeyd edirdilər. Nəticədə, real pambıq yığımı kağız üzərindəki hesabatla müqayisədə dəfələrlə az yığılırdı. Bunun əvəzində isə, ittifaq büdcəsindən milyonlarla pul alınırdı. Həmin pullar respublika səviyyəsində partiya MK dən başlamış Prokurorluq, Daxili İşlər, Dövlət Təhlükəsizlik Kommitəsi, Tədarük Məntəqələri, Kolxoz sədrləri arasında bölüşdürülürdü. 

1983- cü ilin yanvar ayından “Pambıq işi” ilə bağlı bütövlükdə 800 cinayət işi açılmış və 4 min adam həbs edilmişdir. “Ağ qızıl” uğrunda mübarizə yüz minlərlə insanı qula çevirdi. Eyni zamanda, onun parıltısından zövq alanları isə sonda dəhşətli əzablara və ölümə məhkum etdi. 

Sovet dövründə pambıqçılığın sərfəli olduğunu görən digər respublika rəhbərləri də “Özbəkistan təcrübəsi” ni öz respublikalarında tətbiq etməyə başlayıblar. Bu sahədə Azərbaycan SSR xüsusi “nailiyyətlər” əldə etmişdi. 

Sonolay.org-a daxil olan məlumatlarda qeyd olunur ki, indinin özündə də Azərbaycanın Ağcabədi rayonunda icra başçısı Şahin Məmmədov pambıq "pripiska"sı aparmağa hazırlaşır. Çünki Agcabədidə əkilən pambıqın yarıdan çoxu məhv olub. İcra başçısı bundan çıxış yolu axtarıır və vəzifədə qalmaq üçün yeganə vasitə kimi "pripiska"ya köklənib. 

Ümumiyyətlə, Ağcabədi rayonunda əksər idarələrdə korrupsiyanın tüğyan etdiyi hər kəsə aydındır. Əldə etdiyimiz məlumatlara görə, bir çox idarə, müəssisə və təşkilat rəhbərləri narahatdırlar ki, icra başçısı vəzifəsindən çıxarıldıqdan sonra onların taleləri necə olacaq, onları bu korrupsiya burulğanından kim xilas edəcək. 

Məlumdur ki, Şahin Məmmədovun başçılıq etdiyi rayon 2016-cı ilin korrupsioner rayonu kimi yadda qaldı. Çünki təkcə Ağcabədi təhsilində başçının havadarlığı ilə mənimsənilən 897 min manat dövlət vəsaitinin aşkarlanması həm rayonun, həm də icra başçısının adını korrupsiya siyahısında önə çıxardı. Məsələnin daha ilginc tərəfi ondadır ki, Şahin Məmmədovun rəvac verdiyi korrupsiya hallarının və hegomonluğunun arxasında Prezident Administrasiyasının məsul şəxsi Zeynal Nağdəliyevin durduğu barədə söhbətlər dərinləşir. Bildirilir ki, Prezident Administrasiyasında Ş. Məmmədovu yeganə müdafiə edən şəxs Z. Nağdəliyevdir. Deyilənlərə inansaq, artıq icra başçısının da vəzifədən vurulmasına çox az bir zaman qalıb. Şahin Məmmədov Prezidentin etimadını doğrultmayan başçılar sırasında birincidir. 

Söz gəzir ki, Qaçqın və Məcburi Köçkünlərin işi Üzrə Komitəsinin sədri Əli Həsənovun ətrafında baş verən son hadisələr Şahin Məmmədovu da əndişələndirib. Məlum olduğu kimi, Ağcabədi rayonu qaçqın və məcburi köçkünlərin çox sayda kompakt yaşadığı əyalətlərdəndir. Bu kateqoriyadan olan insanlar Ağcabədinin də sosial-iqtisadi həyatına fəal inteqrasiya ediblər və rastlaşdıqları haqsızlıqlardan dolayı Şahin Məmmədovdan da narazıdırlar. Əgər hadisələr Əli Həsənovun karyerasının sonunu gətirsə, onu müşayiət edən assosiasiyalar templə Ağcabədinin rayon rəhbərinə də mənfi mənada sirayət edəcək.

Sonolay.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam