Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Melioratorlar da pambıq yığımına cəlb olunub: Samuxda

Melioratorlar da pambıq yığımına cəlb olunub: Samuxda

 

Xeberinfo.com:  Bəzi rayonlarda büdcə təşkilatlarında çalışanların məcburi pambıq yığımına cəlb edilməsi Meliorasaiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) yerli idarələrindən də yan keçməyib. Bu prosesin Melioarsaiya və Su Təsərrüfatı ASC-nin pambıq becərilən bütün rayonlardakı yerli idarələrini əhatə etmədiyindən, təşəbbüsün yerli icra hakimiyyəti başçılarından qaynaqlandığı inandırıcı görünür.

Belə ki, xeberinfo.com-a daxil olan məlumata görə Samux rayonunda Meliorasiya və Su Təsərrüfatı ASC-nin yerli idarəsinin-Samux Suvarma Sistemləri İdarəsinin-kollektivi də məhz icra başçısı Alı Qocayevin əmri əsasında pambıq yığımına cəlb olunub. Samux Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov da sadəcə icra başçısının əmrinə qarşı çıxa bilmədiyinə görə, tabeçiliyində olan işçiləri pambıq tarlasına yönəldib. Məlumata görə, samuxlu melioratorların bir qismi onlara heç bir aidiyyatı olamayan bu kampaniyaya cəlb olunmalarına etiraz olaraq müxtəlif instansiyalara müraciət ediblər. Onlar məsələni ictimailəşdirməklə də bu qanunsuzluğa son qoyulmasını, icra başçısının qanunsuz göstərişlərini yerinə yetirməyə adət etmiş Samux Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırovun vəzifədən kənarlaşdırılmasına nail olmaq istəyindədirlər...

Mövzu ilə bağlı Samux Suvarma Sistemləri İdarəsinin mühəndisi Şahin Kazımovla danışa bildik. Bizimlə telefon söhbətində Şahin müəllim, pambıq yığımına cəlb olunduqlarını və verilən tapşırığı uğurla yerinə yetirdiklərini etiraf etdi(?)

Mövzu diqqətmizdədir.

 

İnformasiya şöbəsi. 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam