Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Təhsil şöbəsi müdirinə 240 hektar pambıq yığmaq tapşırılıb –Sabirabadda

Bu il Sabirabad rayon Təhsil Şöbəsinə 240 hektar pambıq əkmək tapşırığı verilib.

Yenixeber.org:  Ona görə də təhsil şöbəsinin müdiri Pəhləvan Qarayevin iş yeri pambıq sahələrinə dəyişdirilib. Bu barədə 24saat.org-a verilən məlumatda qeyd olunub.
Yəqin ki, yığım zamanı məktəblərin müəllim və şagird kontingenti SSRİ dövründə olduğu kimi pambıq yığımına cəlb ediləcək. Ancaq bu, ilk belə hal deyil.
Ötən ilin oktyabrında da müəllimlər zorla pambıq yığımına cəlb olunmuşdu. Məlumatlara görə, tələb Sabirabad rayon İcra Hakimiyyətindən gəlib.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov pambıqçılığın inkişafı məsələsinə həsr olunan respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn konkret vəzifələrdən danışaraq qeyd edib ki, ötən il rayonda 6 min 113 hektar sahədə pambıq əkilib və 7 min 713 ton məhsul istehsal olunaraq qəbul məntəqələrinə təhvil verilib.
Məhsuldarlıq orta hesabla 20 sentnerə çatıb. Bu il isə rayonda 15 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub.
Bu məqsədlə 2350-dən çox torpaq mülkiyyətçisi ilə müqavilə bağlanılıb, çiyid səpiləcək sahələrdə keyfiyyətli şum aparılıb, digər aqrotexniki tədbirlər həyata keçirilib.
Artıq sahələrə və səpinə cəlb olunacaq texnika tam hazır vəziyyətdədir. Pambıq istehsalını 30 min tona çatdırmaq üçün real imkanlar var.
Qeyd olunub ki, pambıq əkilməsi üçün nəzərdə tutulan 15 min hektar torpaq sahəsinin 7160 hektarı “MKT” MMC-nin Sabirabad filialı, 4512 hektarı “CTS AQRO” MMC, qalanı isə “Kənd Təsərrüfatı” MMC, eləcə də rayon icra hakimiyyəti tərəfindən mülkiyyətçilərlə fərdi qaydada bağlanmış müqavilələr əsasında əkiləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam