Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Elman Rüstəmovu başa sala bilmədik..." -Deputat Elman Rüstəmovu ittiham etdi

elman faiz

 

“Elman Rüstəmovu başa sala bilmədik ki, 78 qəpikdən satılan pulun əvəzini 1 manat 80 qəpikdən ödəməyi tələb edəndə bank sistemi çökəcək”

 

“Azərbaycanda bank sistemi dağılıb və kredit borclarını möhtəkircəsinə geri almaq boş və mənasızdır.”

Xeberinfo.com:   Bunu modern.az saytına müsahibəsində Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib. Deputat Mərkəzi Bankın pul siyasətini tənqid edib və dollar kreditləri ilə bağlı problemin yaranmasında Elman Rüstəmovu ittiham edib:
araz_debat_9“Mənim Elman Rüstəmovla nə tanışlığm var, nə də düşmənçiliyim. Devalvasiya olanda, dollar 1 manat 5 qəpikdən, 1 manat 55 qəpiyə qalxanda, bütün banklarla razılaşdırıldı ki, krediti olanlar borcunu əvvəlki məzənnə ilə ödəsinlər. Amma Elman Rüstəmov iki ayağını bir başmağa dirədi ki, bu, banks sistemini dağıdacaq. Elman Rüstəmovu başa sala bilmədik ki, bu, əksinə, bank sisteminin inkişafına kömək edəcək. Başa sala bilmədik ki, 78 qəpikdən satılan pulun əvəzini 1 manat 80 qəpikdən ödəməyi tələb edəndə bank sistemi çökəcək. Mən də Milli Məclisin iclasında dedim ki, “Moody’s” Azərbaycanın kredit reytinqini aşağı salıb. Görün nə ediblər?! Heç sovet dönəmində Azərbaycanda quldur reketlər yox idi. İndi kollektor təşkilatlarını yaradırlar. Bunlar da quldur reketlərdir. Dediyim budur ki, Azərbaycanda bank sistemi dağılıb. Və kredit borclarını möhtəkircəsinə geri almaq boş və mənasızdır. Sənin əgər 10 manatın varsa, səndən 15 manat almaq ədalətsizlikdir. Bu, həm də insafsızlıqdır. Kredit nədir? Bank satır, sən də o krediti alırsan. Təsəvvür edin ki, Elman Rüstəmov 5 manata bir kilo ət alıb. İndi isə ətin qiyməti 14 manatdır. Qəssab gəlir Elman Rüstəmovun qapısını döyür və “qardaş əlavə 9 manat da verəcəksən” deyir. Elman Rüstəmov da sual edir: “Niyə?”. Qəssab da deyir ki, mənə nə.

İndi, hörmətli Elman Rüstəmov, sən dolları 78 qəpikdən satmısan. Bəs niyə o qiymətlə də geri almırsan?! Ya da 1 manat 5 qəpikdən satmısansa, o qiymətə də geri al da. Qazaxıstanda, Çində bunu etdilər. Ölkə iqtisadiyyatı dağıldımı? Xeyr. Sizə ayrı misal çəkim. Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina neçə ildir ki, dünyada bir nömrəli bankir hesab olunur. Rusiya iqtisadiyyatı da neftə köklənib, Azərbaycanın da. Amma neftin qiymətləri artandan sonra Rusiyada rublun qiyməti bahalaşır.
Bizdə büdəcədə neftin qiyməti 40 dollardan götürülüb. İndi isə “Azeri Light” neftinin qiyməti təxminən 55-56 dollardır. Əgər büdcədə 40 dollardan götürülübsə, biz hər bareldən təxminən 10 dollardan artıq pul götürürük. Bəs necə olur ki, manatın məzənnəsi aşağı düşür? Bunu mənə iqtisadi cəhətdən başa sala bilərmi?! Mən iqtisadçılardan bu barədə soruşuram. Cavab isə maraqlıdır: “Bilmirik”.
Mən başa düşürəm ki, Çin, Yaponiya, indi də Donald Tramp istəyir ki, süni surətdə ölkələrinin valyutalarının qiymətini qaldırsın. Onlar istəyir ki, ixracatdan gələn gəlirlər artsın. Amma Azərbaycanın neftdən başqa ixracatı demək olar ki, yoxdur axı.”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam