Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mərkəzi Bank martda 700 milyon dollar xərcləyib

 

Mərkəzi Bank martda manatın dollara nisbətdə sabit saxlanması üçün maliyyə bazarına 600-700 milyon dollarlıq müdaxilə edib.

"Xeberinfo.com":  ANS PRESS xəbər verir ki, bu haqda Azadlıq Radiosuna deputat Vahid Əhmədov məlumat verib. Onun fikrincə, müdaxilə hələ də varsa manatın uzuclaşması ehtimalı artır. 

Vahid Əhmədov 2016-ci ilin ikinci yarısına qədər manatı real bazar qiymətinə çatdırmağı təklif edir:“Mən bununla bağlı Mərkəzi Bank sədri Elman Rüstəmova da öz fikirlərimi bildirdim. Dedim ki, manat ucuzlaşmaqda davam edirsə, gərək ölkədə devalvasiya yumşaq aparılsın. Elman Rüstəmov kəskin devalvasiyanın olmayacağını bildirdi”.
Elman Rüstəmov milli valyutanın neftdən asılı olduğunu bildirib. Əlavə edib ki, fevraldakı ucuzlaşma manatın yox, neftin devalvasiyasıdır.
Dünya bazarında ötən ilin avqustdan neftin qiyməti ucuzlaşmağa başlayıb. Bununla da dollar digər valyutalara nisbətdə bahalanıb. Azərbaycan 8 ay manatı dollara nisbətdə sabit saxlaya bilmişdi. Amma fevralda manat bir gündə 34 faiz ucuzlaşdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam