Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Elman Rüstəmov bankirlərlə toplantı keçirdi –Manat tam “üzən məzənnə”yə keçir

elman-rustem-1

Bu gün Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbərlərilə görüş keçib.

Xeberinfo.com:   Bank sistemindən Modern.az-a daxil olan məlumata görə, görüşdə bəzi məsələlər müzakirə edilib, eyni zamanda E.Rüstəmov tərəfindən bank rəhbərlərinə bir sıra göstərişlər verilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov görüş barədə Modern.az-a açıqlama verib.

O bildirib ki, bu, Elman Rüstəmovun kommersiya banklarının rəhbərlərilə ilk görüşü deyil: “Bu görüşlər mütəmadi xarakter daşıyır. Son vaxtlar milli valyutanın “üzən məzənnə” siyasətinə tam keçilməsi üçün işlər aparılır. Prosesi yekunlaşdırmaq üçün müəyyən danışıqlar gedir, banklarda olan vəziyyət araşdırılır”.

V.Əhmədov bildirib ki, bu cür görüşlər Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən də keçirilir: “Hər iki qurum iqtisadi vəziyyəti stabilləşdirmək istəyir. Çünki bank sistemində, manat-dollar münasibətlərində problemlər qalmaqdadır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam